6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

ABŞ İran limanlarını hansı gəmilərlə dənizdən mühasirəyə aldı – bölgədə 15 hərbi gəmi yerləşdirildi

ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi dəniz mühasirəsi çərçivəsində bölgədə ən azı 15 hərbi gəminin yerləşdirildiyi açıqlanıb. VOA xəbər verir ki, “CNN”in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bu qüvvələr arasında “USS Abraham Lincoln” aviadaşıyıcısı və 11 müasir esmines də var.

14 Aprel 2026 06:48
ABŞ İran limanlarını  hansı gəmilərlə dənizdən mühasirəyə aldı – bölgədə 15 hərbi gəmi yerləşdirildi

BAKI,VOA

ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi dəniz mühasirəsi çərçivəsində bölgədə ən azı 15 hərbi gəminin yerləşdirildiyi açıqlanıb. VOA xəbər verir ki, “CNN”in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bu qüvvələr arasında “USS Abraham Lincoln” aviadaşıyıcısı və 11 müasir esmines də var.

Məlumata görə, “USS Gerald R. Ford” aviadaşıyıcısı ötən ay Yunanıstanda təmir işlərindən sonra hazırda Şərqi Aralıq dənizindədir. Onun mühasirəyə qoşulması üçün Süveyş kanalından keçməsi və ya Afrika ətrafından dolanması tələb olunur.

Bölgədəki ABŞ esminesləri arasında “USS Bainbridge”, “USS Thomas Hudner”, “USS Frank E. Petersen Jr.”, “USS Delbert D. Black”, “USS John Finn”, “USS Michael Murphy”, “USS Mitscher”, “USS Pinckney”, “USS Rafael Peralta”, “USS Spruance” və “USS Milius” kimi gəmilər yer alır. Bundan əlavə, “USS Tripoli”, “USS New Orleans” və “USS Rushmore” kimi amfibiya gəmiləri də bölgədə fəaliyyət göstərir.

ABŞ Mərkəzi Komandanlığı bildirib ki, mühasirə bütün ölkələrin İran limanlarına daxil olan və çıxan gəmilərinə eyni qaydada tətbiq olunacaq. Bu addım Körfəz və Oman körfəzində gərginliyi daha da artırıb.

Xatırladaq ki, Vaşinqton və Tehran arasında İslamabadda aparılan son danışıqlar nəticəsiz başa çatmış, tərəflər bir-birini ittiham etmişdi. 8 aprel tarixində isə Pakistan vasitəçiliyi ilə iki həftəlik atəşkəs elan olunmuşdu.

Məqalədə: #Şərqi Aralıq dənizi #Şərqi Aralıq dənizi beşliyi #ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) #USS Abraham Lincoln #ABŞ Mərkəzi Komandanlığı #USS Gerald R. Ford #USS Bainbridge #USS Thomas Hudner #USS Frank E. Petersen Jr. #USS Delbert D. Black #USS John Finn #USS Michael Murphy #USS Mitscher #USS Pinckney #USS Rafael Peralta #USS Spruance #USS Milius #USS Tripoli #USS New Orleans #USS Rushmore #ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi dəniz mühasirəsi #Esmineslər

Mövzu üzrə digər xəbərlər

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu
Rəy

İran əvvəlki regional təsir imkanlarını qoruya bilməyəcək- Rufiz Hafizoğlu

3 Sentyabr 09:48
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib
Digər Xəbərlər

ABŞ Mərkəzi Komandanlığı İranda mülki şəxsləri hədəfə alması ilə bağlı ittihamları rədd edib

2 Sentyabr 18:38
İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb
İran

İran Xarici İşlər Nazirliyi Sirikdəki hücumu “müharibə cinayəti” adlandırıb

2 Sentyabr 18:20

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.