Türkiyə XİN Kiprə xəbərdarlıq edib
Türkiyə Xarici İşlər Nazirliyi Kipr məsələsi ilə bağlı bəyanat yayıb. Nazirliyin sözçüsü Öncü Keçəli bildirib ki, Kipr rum tərəfinin barışmaz mövqeyi dəyişmədiyi və regional təhlükəsizliyə mənfi təsir göstərən addımlarına son qoymadığı müddətdə problemin həlli perspektivi konkret məzmun kəsb etməyəcək.
İsrail mətbuatında Türkiyənin regional təsiri müzakirə olunur - Türkiyə Dənizə çıxışımızı məhdudlaşdıra bilər
Türkiyənin Şərqi Aralıq dənizi və Yaxın Şərqdə artan regional rolu İsrail mətbuatında geniş müzakirə mövzusuna çevrilib. İsrailin Israel Hayom nəşrində dərc olunan təhlildə ölkənin Ankara ilə bağlı hərbi və diplomatik strategiyasını yenidən nəzərdən keçirməsinin zəruri olduğu irəli sürülüb.
Kipr prezidenti Yunanıstan parlamentində Türkiyəni hədəf aldı
Kipr Respublikasının rəhbəri Nikos Hristodulidis Yunanıstan parlamentində çıxışı zamanı Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib və Avropa qurumlarını hərəkətə keçməyə çağırıb.
ABŞ İran limanlarını hansı gəmilərlə dənizdən mühasirəyə aldı – bölgədə 15 hərbi gəmi yerləşdirildi
ABŞ-ın İran limanlarına qarşı tətbiq etdiyi dəniz mühasirəsi çərçivəsində bölgədə ən azı 15 hərbi gəminin yerləşdirildiyi açıqlanıb. VOA xəbər verir ki, “CNN”in ABŞ rəsmilərinə istinadən verdiyi məlumata görə, bu qüvvələr arasında “USS Abraham Lincoln” aviadaşıyıcısı və 11 müasir esmines də var.
Kipr türk xalqının suverenlik mübarizəsi Ankarada müzakirə olunub
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Ankarada rəsmi səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üsteli qəbul edib. Xarici İşlər Nazirliyində baş tutan görüşdə Türkiyə və ŞKTC arasındakı qardaşlıq bağlarının daha da möhkəmləndirilməsi və adadakı son siyasi vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb.
Şimali Kipr, Norveçin Cənubi Kiprə silah satışına etiraz edib
Şimali Kipr Türk Respublikası (ŞKTR) Xarici İşlər Nazirliyi, Norveç hökumətinin 65 ildən artıq müddətdir Cənubi Kipr Yunan Administrasiyasına (GKRY) tətbiq etdiyi silah embarqosunu ləğv etməsinə sərt reaksiya verib.
Türkiyə Yunanıstana qarşı mövqeyini sərtləşdirir
Türkiyənin Milli Müdafiə Naziri Yaşar Gülər Yunanıstanın Egey dənizindəki fəaliyyətləri ilə bağlı açıqlama verib.