8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Kipr prezidenti Yunanıstan parlamentində Türkiyəni hədəf aldı

Kipr Respublikasının rəhbəri Nikos Hristodulidis Yunanıstan parlamentində çıxışı zamanı Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib və Avropa qurumlarını hərəkətə keçməyə çağırıb.

15 May 2026 09:54
Kipr prezidenti Yunanıstan parlamentində Türkiyəni hədəf aldı

BAKI,VOA Orxan Qədirzadə

Kipr Respublikasının rəhbəri Nikos Hristodulidis Yunanıstan parlamentində çıxışı zamanı Türkiyəyə qarşı sərt ittihamlar səsləndirib və Avropa qurumlarını hərəkətə keçməyə çağırıb.

VOA xəbər verir ki, Nikos Hristodulidis çıxışında Türkiyənin uzun illərdir beynəlxalq hüququ pozduğunu iddia edərək, Kiprdə mövcud vəziyyəti “müharibədən sonrakı Avropanın ən böyük cinayətlərindən biri” adlandırıb.

Hristodulidis bildirib ki, Türkiyə 52 ildir Kiprdə beynəlxalq və Avropa hüququnu pozur. O, adanın “işğal olunduğunu”, “koloniyalaşdırıldığını” və əsas insan hüquqlarının pozulduğunu irəli sürüb.

Rum lider çıxışında Kiprin gələcəyi ilə bağlı da danışıb. O qeyd edib ki, əsas məqsədləri adanın tam şəkildə birləşdirilməsi və bütün Kipr vətəndaşlarının Avropa İttifaqı daxilində sərbəst şəkildə yaşamasıdır.

Türkiyə tərəfindən müdafiə olunan iki dövlətli həll modelinə də etiraz edən Hristodulidis bu yanaşmanın qəbul edilməsinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, “qanunsuzluğun leqallaşdırılması”na heç vaxt razılıq verilməyəcək.

Çıxış Şərqi Aralıq dənizi regionunda gərginliyin artdığı bir dövrdə baş verib. Son aylarda Türkiyənin “Mavi Vətən” doktrinası ətrafında atdığı addımlar, eləcə də bölgədə enerji və təhlükəsizlik məsələləri Ankara ilə Afina və Nikosiya arasında yeni siyasi müzakirələr yaradıb.

Məlumata görə, Türkiyə hökuməti “Mavi Vətən” strategiyasının hüquqi çərçivəyə salınması istiqamətində yeni qanunvericilik təşəbbüsləri üzərində işləyir. Bu məsələ Yunanıstan və Cənubi Kiprdə narahatlıqla izlənilir.

Digər tərəfdən, İsrailin Şərqi Aralıq dənizindəki fəaliyyəti də regionda diqqət mərkəzində qalır. Son dövrlərdə Benyamin Netanyahu, Yunanıstan prezidenti Kyriakos Mitsotakis və Hristodulidis arasında keçirilən görüşlərdə təhlükəsizlik və regional əməkdaşlıq məsələləri geniş müzakirə olunub.

Netanyahu həmin görüşlərdən birində ad çəkmədən Türkiyəyə mesaj göndərərək bölgədə yeni “imperiya” qurmaq istəyənlərin məqsədlərinə nail ola bilməyəcəyini bildirmişdi.

Bununla yanaşı, İsrail və Cənubi Kipr arasında artan iqtisadi və strateji əlaqələr ada daxilində də müzakirələrə səbəb olur. Yerli mediada yayılan məlumatlarda israilli investorların ada ərazisində genişmiqyaslı torpaq alışları həyata keçirdiyi iddia edilir. Xüsusilə uzun illər istifadəsiz qalan bəzi yaşayış məntəqələrinin alınması yerli əhali arasında narahatlıq yaradıb.

Analitiklər hesab edirlər ki, Şərqi Aralıq dənizi regionunda Türkiyə, Yunanıstan, Cənubi Kipr və İsrail arasında geosiyasi rəqabət yaxın dövrdə daha da güclənə bilər. Xüsusilə enerji marşrutları, dəniz səlahiyyət zonaları və təhlükəsizlik məsələləri bölgədə əsas müzakirə mövzuları olaraq qalır.

Məqalədə: #Türkiyə #Türkiyə-Yunanıstan münasibətləri #Şərqi Aralıq dənizi #Aralıq dənizi geosiyasəti #Nikos Hristodulidis #Kipr məsələsi #Benjamin Netanyahu #Cənubi Kipr #Mavi Vətən #Yunanıstan parlamenti #Kyriakos Mitsotakis #Kipr böhranı #İsrail-Cənubi Kipr əlaqələri

Mövzu üzrə digər xəbərlər

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir
Siyasət

Pakistan və Türkiyə Məkkə sazişi çərçivəsində müdafiə əməkdaşlığını gücləndirir

7 Sentyabr 12:06
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ

BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib

5 Sentyabr 13:03

Son Xəbərlər

Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.