9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf

Məhəmməd Baqir Qalibaf ABŞ-ın Hürmüz boğazı ətrafında həyata keçirdiyi addımlara sərt reaksiya verərək “təhdid kölgəsi altında danışıqları qəbul etmədiklərini” bəyan edib. Eyni zamanda, atəşkəsin müddəti ilə bağlı yeni detallar açıqlanıb. Məlumata görə, tərəflər arasında əldə olunmuş müvəqqəti razılaşmanın aprelin 22-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 20:00-da başa çatacağı gözlənilir. Bu isə İran vaxtı ilə aprelin 23-ü səhər saatlarına təsadüf edir.

21 Aprel 2026 10:24
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf

BAKI,VOA, Fərid Mikayılov

Məhəmməd Baqir Qalibaf ABŞ-ın Hörmüz boğazı ətrafında həyata keçirdiyi addımlara sərt reaksiya verərək “təhdid kölgəsi altında danışıqları qəbul etmədiklərini” bəyan edib.

VOA xəbər verir ki, onun sözlərinə görə, ABŞ tərəfi hərbi təzyiq vasitəsilə danışıqları diktə etməyə və vəziyyəti eskalasiyaya sürükləməyə çalışır.

Qalibaf bildirib ki, son iki həftə ərzində İran sahədə yeni taktiki imkanları işə salmağa hazırlaşır və bu addımlar mümkün gərginlik ssenarilərinə cavab kimi qiymətləndirilir.

Eyni zamanda, atəşkəsin müddəti ilə bağlı yeni detallar açıqlanıb. Məlumata görə, tərəflər arasında əldə olunmuş müvəqqəti razılaşmanın aprelin 22-də ABŞ-ın şərq sahili vaxtı ilə saat 20:00-da başa çatacağı gözlənilir. Bu isə İran vaxtı ilə aprelin 23-ü səhər saatlarına təsadüf edir.

Donald Trump isə verdiyi açıqlamada atəşkəsin uzadılması ehtimalını “son dərəcə aşağı” qiymətləndirib və yeni razılaşma əldə olunmayacağı təqdirdə müddətin uzadılmayacağını bildirib.

Xatırladaq ki, aprelin 7-də elan olunan atəşkəs ilkin olaraq aprelin 21-də başa çatmalı idi. Lakin danışıqların davam etməsi səbəbilə müddət qısa zaman ərzində uzadılıb.

Ekspertlər hesab edir ki, əgər müəyyən edilmiş son tarixədək diplomatik razılıq əldə olunmasa, regionda hərbi gərginliyin yenidən kəskinləşməsi ehtimalı yüksəkdir.

Məqalədə: #İran #ABŞ #Tehran #Məhəmməd Baqir Qalibaf #Hörmüz boğazı

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

8 Sentyabr 19:13
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.