11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İranın xarici işlər naziri Qətərə səfər edib

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Qətərin mərhum keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı ilə əlaqədar başsağlığı vermək və Qətər rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirmək üçün Dohaya yola düşüb. Səfərdən əvvəl Seyid Abbas Əraqçi Qətər hökumətinə və xalqına ünvanladığı başsağlığı mesajında mərhum Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatından dərin kədər hissi keçirdiyini bildirib.

15 İyul 2026 16:50
İranın xarici işlər naziri Qətərə səfər edib

BAKI,VOA, Fərid Mikayılov

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi Qətərin mərhum keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatı ilə əlaqədar başsağlığı vermək və Qətər rəsmiləri ilə yüksək səviyyəli görüşlər keçirmək üçün Dohaya yola düşüb.

VOA xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin məlumatına görə, səfərin əsas məqsədi Qətər rəhbərliyinə rəsmi başsağlığı çatdırmaq, həmçinin iki ölkə arasında münasibətlərə dair fikir mübadiləsi aparmaqdır.

Səfərdən əvvəl Seyid Abbas Əraqçi Qətər hökumətinə və xalqına ünvanladığı başsağlığı mesajında mərhum Şeyx Həməd bin Xəlifə Al Saninin vəfatından dərin kədər hissi keçirdiyini bildirib.

Nazir mesajında Qətərin əmiri Şeyx Təmim bin Həməd Al Saniyə, Al Sani hakim ailəsinə və Qətər xalqına səmimi başsağlığı verərək mərhumun Allahın rəhmətinə qovuşmasını, ailəsinə isə səbir diləyib.

İran Xarici İşlər Nazirliyi bildirib ki, Əraqçinin Dohadakı görüşləri çərçivəsində Qətər rəsmilərinə İran rəhbərliyinin başsağlığı və həmrəylik mesajları çatdırılacaq.

Qeyd edək ki, Qətərin keçmiş əmiri və hazırkı dövlət başçısı Şeyx Təmim bin Həməd Al Saninin atası Şeyx Həməd bin Xəlifə Al Sani uzun sürən xəstəlikdən sonra 74 yaşında vəfat edib.

Məqalədə: #İran #Qətər #Abbas Əraqçi

Mövzu üzrə digər xəbərlər

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran

İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH

10 Sentyabr 21:28
Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib
İran

Məsud Pezeşkian İranın şimalındakı daşqınlarla bağlı göstəriş verib

10 Sentyabr 20:10
İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb
İran

İranın gizli nüvə obyekti yenidən diqqət mərkəzinə düşüb

10 Sentyabr 19:15
İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb
İran

İran hökuməti xarici təsirlə bağlı sərt qanun layihəsinə qarşı çıxıb

10 Sentyabr 18:50

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.