9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran-ABŞ qarşıdurması neft nəhənglərinin gəlirlərini artırdı – rüblük mənfəət 93 milyard dollara çatdı

İran-ABŞ qarşıdurmasının qlobal enerji bazarlarında yaratdığı qeyri-müəyyənlik və iqlim böhranının təsiri fonunda dünyanın ən iri neft şirkətləri 2026-cı ilin ikinci rübündə rekord maliyyə göstəriciləri əldə edib. Məlumata görə, geosiyasi gərginliyin təsiri ilə neft qiymətlərinin yüksək səviyyədə qalması şirkətlərin gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Hesablamalara əsasən, bu şirkətlərin ikinci rübdə əldə etdiyi ümumi gəlir dəqiqədə təxminən 700 min ABŞ dollarına bərabər olub.

6 Avqust 2026 09:24
İran-ABŞ qarşıdurması neft nəhənglərinin gəlirlərini artırdı – rüblük mənfəət 93 milyard dollara çatdı

BAKI,VOA Orxan Qədirzadə

İran-ABŞ qarşıdurmasının qlobal enerji bazarlarında yaratdığı qeyri-müəyyənlik və iqlim böhranının təsiri fonunda dünyanın ən iri neft şirkətləri 2026-cı ilin ikinci rübündə rekord maliyyə göstəriciləri əldə edib.

The Guardian qəzetinin təhlilinə əsasən, Saudi Aramco, BP, Shell və ExxonMobil də daxil olmaqla, birjada ticarət olunan dünyanın səkkiz ən böyük neft istehsalçısı iyunun sonuna başa çatan üç aylıq dövr üzrə ümumilikdə 93 milyard ABŞ dolları mənfəət açıqlayıb.

Məlumata görə, geosiyasi gərginliyin təsiri ilə neft qiymətlərinin yüksək səviyyədə qalması şirkətlərin gəlirlərini əhəmiyyətli dərəcədə artırıb. Hesablamalara əsasən, bu şirkətlərin ikinci rübdə əldə etdiyi ümumi gəlir dəqiqədə təxminən 700 min ABŞ dollarına bərabər olub.

Analizdə qeyd olunur ki, Yaxın Şərqdə davam edən gərginlik və enerji təchizatına dair narahatlıqlar neft bazarında qiymətlərin yüksəlməsinə səbəb olaraq iri enerji şirkətlərinin maliyyə nəticələrinə müsbət təsir göstərib.

Hörmüz boğazı üzrə danışıqlar yekun mərhələdədir

Bu arada İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi bildirib ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı aparılan danışıqlar yekun mərhələyə çatıb.

Onun sözlərinə görə, müzakirə edilən marşrut 2-4 ay müddətində fəaliyyət göstərəcək müvəqqəti keçid xətti kimi nəzərdə tutulur.

Qəribabadi əlavə edib ki, Hörmüz boğazının tam açılması ABŞ-ın gələcək mövqeyindən asılı olacaq.

Hörmüz boğazı dünya üzrə neft daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada yaranan hər hansı gərginlik beynəlxalq enerji bazarlarında qiymət dəyişikliklərinə birbaşa təsir göstərir.

Məqalədə: #Yaxın Şərq gərginliyi #Hörmüz boğazı #qlobal enerji bazarı #İran ABŞ qarşıdurması #neft şirkətlərinin mənfəəti #BP maliyyə nəticələri #Saudi Aramco gəlirləri #Shell mənfəəti #ExxonMobil gəlirləri #neft qiymətlərinin artması #enerji bazarında geosiyasi risklər #neft şirkətlərinin rekord mənfəəti

Mövzu üzrə digər xəbərlər

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran

İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb

18:25
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

8 Sentyabr 19:13

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.