9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər İran
İran

İran iki fransalı diplomatı "persona non grata" elan etdi

İran Xarici İşlər Nazirliyi Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını beynəlxalq hüquq normalarına və 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına zidd fəaliyyət göstərdiklərinə görə "persona non grata" (arzuolunmaz şəxs) elan edib və onların ölkəyə girişinə qadağa qoyub.

19 Avqust 2026 11:58
İran iki fransalı diplomatı "persona non grata" elan etdi

BAKI,VOA, Fərid Mikayılov

İran Xarici İşlər Nazirliyi Fransanın Tehrandakı səfirliyinin iki əməkdaşını beynəlxalq hüquq normalarına və 1961-ci il Diplomatik Əlaqələr haqqında Vyana Konvensiyasına zidd fəaliyyət göstərdiklərinə görə "persona non grata" (arzuolunmaz şəxs) elan edib və onların ölkəyə girişinə qadağa qoyub.

VOA xəbər verir ki, İran XİN-in yaydığı bəyanatda bildirilir ki, hər iki diplomatın qanunsuz əməllərinin üstü açıldıqdan sonra Fransa hökumətinə xəbərdarlıq edilsə də, Paris tərəfindən bu davranışı düzəltmək və ya təkrarlanmayacağına zəmanət vermək üçün heç bir addım atılmayıb.

Bu qərar İran Kəşfiyyat Nazirliyinin avqustun 15-də Fransaya etdiyi xəbərdarlıqdan sonra verilib. Kəşfiyyat qurumu hər iki fransalı diplomatın ölkəyə xarici müdaxilə və gizli sızma ilə bağlı böyük bir iş çərçivəsində təşkil edilən məxfi görüşdə iştirak etdiyini bəyan etmişdi.

Ərazidən əldə edilən sənədlər və məlumatlar Fransa diplomatlarının İran qanunvericiliyini və diplomatik öhdəliklərini kobud şəkildə pozduğunu göstərib. İran tərəfi Fransa rəsmilərini diqqəti bu qanunsuzluqdan yayındırmağa çalışmaqda günahlandıraraq, analoji halların təkrarlanacağı təqdirdə daha sərt adımların atılacağını vurğulayıb.

Məqalədə: #İran #Fransa #Paris #Tehran #İran XİN #Vyana Konvensiyası

Mövzu üzrə digər xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
İran

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək

8 Sentyabr 21:54
İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib
İran

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində pilotsuz uçuş aparatını vurduğunu iddia edib

8 Sentyabr 21:07
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
İran

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

8 Sentyabr 19:13
Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran
İran

Müharibə strategiyası qlobal iqtisadi tarazlıqları dəyişib - Iran

7 Sentyabr 19:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
10:35
Numan Kurtulmuş İraqa gedir
Numan Kurtulmuş İraqa gedir
10:32
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
BƏƏ Nepalda axtarış-xilasetmə və humanitar yardım əməliyyatlarını gücləndirib
10:26
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
10:14
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
İraq və Ermənistan ikitərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı iki memorandum imzalayıb
10:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.