12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İslam və Tarix
İslam və Tarix

Əbu Hənifənin tələbəsi Yusifə verdiyi nəsihətlər nələrdir?

Əbu Hənifənin insanlar, cəmiyyət və yaşadığı sosial mühit haqda fikir və tövsiyələri, insan ruhunun incəliklərini dərindən bilən, həyatın acısını və şirinliyini dadmış təcrübəli bir alimin baxışlarını əks etdirir. Onun tələbəsi Yusif b. Xalid Səmtiyə verdiyi vəsiyyətnamə, dəyərli düşüncələrinin bir çoxunu əhatə edir. Həmin nəsihətlərin bir qismi belədir:

23 Noyabr 2025 20:10
Əbu Hənifənin tələbəsi Yusifə verdiyi nəsihətlər nələrdir?

BAKI,AzerVoice Azərbaycan İslam Ensiklopediyası

Əbu Hənifənin insanlar, cəmiyyət və yaşadığı sosial mühit haqda fikir və tövsiyələri, insan ruhunun incəliklərini dərindən bilən, həyatın acısını və şirinliyini dadmış təcrübəli bir alimin baxışlarını əks etdirir. Onun tələbəsi Yusif b. Xalid Səmtiyə verdiyi vəsiyyətnamə, dəyərli düşüncələrinin bir çoxunu əhatə edir.
Həmin nəsihətlərin bir qismi belədir:

Cəmiyyətlə münasibətlər və davranış

Bilin ki, insanlarla yaxşı yola getməsən, onlar sənə düşmən kəsilərlər; bu, hətta atan-anana belə şamil ola bilər. Əgər qohum olmayanlarla yaxşı davranarsansa, onlar sənə ana-ata olmağa hazır olarlar.

Səni gözümün önündə belə görürəm: Bəsrəyə gedirsən, onları tənqid edirsən, aralarına qarışmırsan. Sən onları tərk edirsən, onlar da səni. Sən onları bidətçilikdə ittiham edirsən, onlar da səni. Nəticədə, orada pis sözlər yayılır və oradan çıxmaq məcburiyyətində qalırsan. Bil ki, bu, ağıl işi deyil. Allah bir çıxış yolu açana qədər insanları idarə etməyi bacarmayan ağıllı sayılmaz.

Bəsrəyə çatdıqda insanlar sənə hörmət göstərəcək, evinə gələcəklər. Onları layiq olduqları yerdə tutmağa çalış. Adamlardan izzətli və elmli olanlarla xoş davran, dəyər ver. Yaşlılara ehtiramlı, gənclərə şəfqətli davran. Xalqla ünsiyyətdə ol, günahkarları idarə et, lakin dostlarını yaxşı insanlardan seç , kimisə incitmə. Şərəfini müdafiə edərkən zəiflik etmə. Sirlərini heç kimə açma, sınamadan heç kimə güvənmə. Alçaq insanlarla dostluq etmə. Sənə yaraşmayan simalarla münasibət qurma. Cahil insanlara həddindən artıq açıq olma. Nə də dəvətləri, nə də hədiyyələri qəbul etmə.

Əxlaq və şəxsi davranış

İnsanlarla yola getməyə çalış. Rastlaşdığın pisliklərə qarşı səbirli ol, geniş qəlbli və gözəl əxlaqlı ol. Geyimin təmiz və səliqəli olsun. Özünə yaxşı bir minik al. Yaxşı ətirlərlə təmiz qal. Özünə şəxsi ehtiyaclarını qarşılamaq üçün vaxt ayır. Ailənin vəziyyətindən xəbərdar ol, onları tərbiyələndirmək üçün təşəbbüs göstər. Tərbiyədə mülayim ol. İnsanların səhvlərini qınarkən ifrata varma, çünki bu, onların peşman olmalarına mane ola bilər.

Namazlarını diqqətlə qıl. Yeməyindən insanlara ehsan et. Çünki xəsislik edən bir adam heç vaxt cəmiyyətin hörmətini qazanmaz. Xalqda baş verənlərdən xəbərdar ola biləcəyin bir sirdaşın olsun ki, pislik eşitsən, düzəltməyə fürsətin olsun; yaxşılıq eşitsən, insanlara diqqətin daha da artsın.

Səni görməyə gələnə də, gəlməyənə də özün baş çək. Yaxşılıq etsələr də, pislik etsələr də sən hər kəsə yaxşı davran. Bağışlayıcı ol. Yaxşılığı əmr et. Sənə aid olmayan işlərə qarışma. Zərəri olacaq adamlardan uzaq dur. Hər kəsin haqqını gözlə.

Dostlarından biri xəstələnərsə, onu şəxsən ziyarət et və köməkçilərin vasitəsilə halını soruş. Sizdən uzaq düşən dostlarınızı xəbərdar olun, əlaqəni kəsməyin. Səni axtarmayanın yanına get, halını soruş. Əlaqəni kəsənlərlə sən əlaqəni davam et. Yanına gələnə ikram et. Sənə pislik edənə yaxşılıq et. Sənin haqqında pis danışanlara dua et. Bir dostunuz öldükdə ona olan borcunuzu ödəyin. Kimin başına yaxşılıq gələrsə, onu təbrik edin. Kimin başına pislik gələrsə, onu təsəlli edin, kədərini paylaşın.

Səndən kömək istəyənin işini gör. Yardım istəyənə yardımını əsirgəmə. Pis insanlar da olsalar, insanlara mərhəmətlə yanaş.

Elm və ünsiyyət

Hər hansı məclisdə özündən fərqli görüşlərlə qarşılaşsan, sən mübahisəyə başlama. Səni dinləsələr, əvvəl onların fikirlərini söyləyər, sonra “Bu barədə başqa fikirlər də var” deyər və fikirlərini söylə. Səni dinləyənlər səni qiymətləndirər. Onlara məlumat ver, lakin dərin şeylərə girmə ki, zehinləri qarışmasın.

Elm məclislərinə gələnlərlə ünsiyyətdə ol. Onlara uyğun zarafat et, hal-əhval tut. Bunu etsən, elmə olan maraqları artar. Bəzən onlara ziyafətlər ver. Səhvlərini bağışla. Ehtiyaclarını qarşıla. Yumşaq davran. Heç kəsə qarşı yorulduğunu hiss etdirmə. Onlardan biri kim ol. Özünə necə davranılmasını istəyirsənsə, sən də onlara elə davran. Onlar haqda məsuliyyətlərini unutma.

İnsanları təhrik etmə. Səndən usanana sən də usanmadan yaxşılıq etməyə davam et. Səni dinləyəni sən də dinlə. İnsanlara öz yükünü yükləmə. İnsanların özləri üçün razı olduğuna sən də onlar üçün razı ol. Ən böyük dəyər dürüstlükdür. Təkəbbürlü olma.

Xəyanət görsən belə sən sən xəy anət etmə. Əmanətə xəyanət edilmiş olsa belə, sahibinə çatdır. Vəfalı ol. Təqvaya sarıl. Digər dinlərin təmsilçiləri ilə münasibətlərində onların qaydalarına hörmət et.

Əgər bu nəsihətlərə əməl etsən, ümid edirəm ki, xilas olarsan.

Məqalədə: #Azərbaycan İslam ensiklopediyası #Əbu Hənifənin nəsihətləri #İmam Əbu Hənifə kimdir #İslam alimlərinin tövsiyələri #Əbu Hənifənin tələbəsi Yusif #İslamda əxlaq və davranış qaydaları #Müsəlman müəllim üçün nəsihətlər #İslam təbliğat metodları #Əbu Hənifənin tələbəsinə verdiyi nəsihətlər: elm #əxlaq və idarəçilik dərsi #İmam Əbu Hənifədən müasir cəmiyyətə dərs: Yusifə verdiyi nəsihətlər yenidən gündəmdə #Əbu Hənifə: Xalqla yaxşı rəftar edən Allahın rəhmətini qazanacaq – Tarixi məktubun təhlili #İmam Əbu Hənifənin insanların davranışı və təbliğ haqqında nadir tövsiyələri üzə çıxıb #Əbu Hənifənin tələbəsinə yazdığı məktub: ömürlük yol xəritəsi

Mövzu üzrə digər xəbərlər

Quranda 800-dən çox ayə nəyi əmr edir?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Quranda 800-dən çox ayə nəyi əmr edir?

16:44
Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları
İslam və Tarix

Cahiliyyədən Abbasilər dövrünə: Klassik ərəb ədəbiyyatının formalaşma yolları

11:06
Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti
İslam və həyat: Şəriət, tarix, əxlaq

Fil hadisəsi və Əbrəhənin məğlubiyyəti: Kəbəyə hücumun tarixi və dini mahiyyəti

09:27
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
Tarixdə bu gün

12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

00:10

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.