14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Livan
Livan

İsrailin Livanın cənubuna zərbələri nəticəsində 7 nəfər ölüb

İsrail ordusunun Livanın cənubundakı Ənsar qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Livanın Baş naziri Nəvvaf Salam hücumları “son dərəcə təhlükəli eskalasiya” adlandırıb. Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrailin zərbəsi nəticəsində yaşayış evi tamamilə dağılıb. Xilasetmə və mülki müdafiə qrupları dağıntılar altında qalan şəxslərin çıxarılması və yaralıların xəstəxanalara çatdırılması istiqamətində iş aparıb.

15 Avqust 2026 13:55
İsrailin Livanın cənubuna zərbələri nəticəsində 7 nəfər ölüb

İsrail ordusunun Livanın cənubundakı Ənsar qəsəbəsinə endirdiyi hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Livanın Baş naziri Nəvvaf Salam hücumları “son dərəcə təhlükəli eskalasiya” adlandırıb.

Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrailin zərbəsi nəticəsində yaşayış evi tamamilə dağılıb. Xilasetmə və mülki müdafiə qrupları dağıntılar altında qalan şəxslərin çıxarılması və yaralıların xəstəxanalara çatdırılması istiqamətində iş aparıb.

İsrail aviasiyası Ənsar və Nəbatiyyə ətrafına ümumilikdə üç zərbə endirib. Livan tərəfi həmçinin Bint Cübeyldə evlərin partladıldığını və yaşayış məntəqələrinə ağır pulemyotlardan atəş açıldığını bildirib.

Baş nazir Nəvvaf Salam İsrailin hücumlarının sabitliyin təmin olunması istiqamətindəki səyləri təhlükə altına atdığını deyib. O, Ənsardakı hücumun qurbanlarının hərbi obyekt olmadığını və Livan ərazisində hərbi mövqelərlə bağlı tədbirlərin yalnız dövlətin səlahiyyətində olduğunu vurğulayıb.

İsrail ordusu isə zərbələrin “Hizbullah”ın İsrail hərbçilərinə qarşı hücumuna cavab olduğunu və təşkilata məxsus infrastrukturların hədəf alındığını iddia edib.

İsrailin Livanın cənubundan çıxarılması məsələsi də gərginliyin əsas mövzularından biri olaraq qalır. İsrail müdafiə naziri İsrael Kats “Hizbullah”ın silahsızlaşdırılmasına qədər Livandan geri çəkilməyəcəklərini bildirib.

Məqalədə: #Hizbullah #İsrail ordusu #Livanın cənubu #Livan siyasi böhranı #İsrailin Livana hücumları #Livan müharibəsi #Yaxın Şərqdə gərginlik #İsrail Hava Zərbələri #Nəbatiyyə #İsrail-Livan gərginliyi #Nəvvaf Salam #Livanın cənubunda hücum #Livan-İsrail münaqişəsi #İsrailin Livandan çıxarılması

Mövzu üzrə digər xəbərlər

İsrail və Livan oktyabrda Romada danışıqlar aparacaq
Livan

İsrail və Livan oktyabrda Romada danışıqlar aparacaq

12:10
Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib
Livan

Livan Prezidenti İsrailin nəzarətə götürdüyü bölgəyə yaxın əraziyə səfər edib

12 Sentyabr 18:31
İsrail Livanın cənubuna yeni zərbələr endirib
Livan

İsrail Livanın cənubuna yeni zərbələr endirib

12 Sentyabr 18:22
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya

Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir

12 Sentyabr 13:01

Son Xəbərlər

Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
İordaniya Ərəb Əmək Konfransına sədrlik edir
13:40
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
İran Yəməndəki müharibəyə müdaxilə etmədiyini açıqlayıb
13:27
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
13:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.