Bakı. AzerVoice:
Səudiyyə Ərəbistanı Fələstin məsələsi həll olunmadan İsraillə münasibətləri normallaşdırmayacaq.
AzerVoice-nin məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud deyib.
“Bölgənin real sülh və sabitliyi, hamımıza, o cümlədən İsrailə iqtisadi və sosial fayda gətirəcək. Bizim üçün yeganə sərfəli yol Fələstin dövlətinin yaradılmasıdır.
Nazir qeyd edib ki, Fələstin probleminin həlli bütün Yaxın Şərq regionu, o cümlədən İsrail üçün sabitlik və rifahın açarıdır.
Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.
İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 24 min 762 nəfərə çatıb.
Hafiz Rufizoğlu