10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin qərarını qəbul etmir

26 Yanvar 2024 20:36
Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin qərarını qəbul etmir

Bakı. AzerVoice:

İsrailin baş naziri Benyamin Netanyahu Beynəlxalq Ədalət Məhkəməsinin Cənubi Afrikanın İsraili soyqırımda günahlandıran iddiasına baxılmasına dair qərarını qınayıb.

AzerVoice xəbər verir ki, Netanyahu Qəzzada müharibəni davam etdirəcəyini bir daha təsdiqləyib.

O qeyd edib ki ,İsrailin özünü müdafiə etmək üçün əsası və hüququ var. “Haaqa məhkəməsi, bizi bu hüquqdan məhrum etdi”-deyə o bildirib.

Məlumat üçün bildirək ki, bu gün Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb.

“İsrail soyqırımı inkar edir, soyqırım ittihamlarını rədd edir və onların hüquqi əsasının olmadığını bildirir. Məhkəmə İsrailin rədd tələbini qəbul etmir. Cənubi Afrikanın irəli sürdüyü iddiaların əsaslı olub-olmaması qiymətləndiriləcək. Konvensiyaya əsasən, soyqırımında iştirak etmək və onu təşviq etmək də soyqırımı cinayəti sayılır. Fələstinlilərə gəlincə, onlar soyqırım konvensiyasının 2-ci maddəsinə uyğun olaraq qorunmalı olan bir qrupdur. İsrailin hücumları çoxlu sayda insanın ölümünə, mülki infrastrukturun dağılmasına və insanların didərgin düşməsinə səbəb olub. Qəzza əhalisinin 93 faizi böhran səviyyəsində aclıqla üzləşib. Qəzzada uşaqlar ciddi travmalarla üzləşirlər, 1,4 milyon insan sığınacaqlarda yaşayır və xəstəliklər yayılır”, – deyə məhkəmənin sədri hakim Joan Donoghue bildirib.

Hakim onu da qeyd edib ki, İsrail Beynəlxalq Ədalət Məhkəməsinə bir ay ərzində hesabat təqdim etməlidir.

“İsrail dərhal lazımi tədbirləri görməli və humanitar və əsas xidmətlərin insanlara çatmasını təmin etməlidir. Qəzzada münaqişənin bütün tərəfləri beynəlxalq humanitar hüquq çərçivəsində məsuliyyət daşıyırlar. Oktyabrın 7-də Həmas tərəfindən girov götürülənlər dərhal azad edilməlidir”, – deyə o əlavə edib.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.
İsrail müharibə vəziyyəti elan edib.

Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 26 min 83 nəfərə çatıb.

Məqalədə: #İsrail #Benyamin Netanyahu #Qəzza zolağı #Beynəlxalq Ədalət Məhkəməsi

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Səudiyyə Ərəbistanı

Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir

13:38
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.