5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

TAYFUN, SUNGUR, TRG-230 və KARAOK raketlərinin kütləvi istehsalına başlanılır (ÖZƏL)

3 Fevral 2024 13:00
TAYFUN, SUNGUR, TRG-230 və KARAOK raketlərinin kütləvi istehsalına başlanılır (ÖZƏL)

Bakı. AzerVoice:

Türkiyənin TAYFUN, SUNGUR, TRG-230 və KARAOK raketlərinin kütləvi istehsalına başlanılır.

Bu barədə AzerVoice-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Kütləvi istehsalla bağlı “Quru Raket Sistemləri İmzalanma Mərasimi” Türkiyə Müdafiə Sənayesi İdarəsində Milli Müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Metin Gürak və Quru Qoşunları komandanı ordu generalı Səlcuq Bayraktaroğlunun iştirakı ilə keçirilib.

Y.Gülər çıxışı zamanı razılaşmalar çərçivəsində istehsal edilən müxtəlif diametrli sistemlərin ordunun ehtiyaclarını qarşılayacağına, əməliyyatlarını, imkanlarını artıracağına tam inandığını bildirib.

“Türkiyə Müdafiə Sənayesi ekosistemi güclü infrastrukturu və qabaqcıl texnologiyası ilə beynəlxalq sektora liderlik edəcək bir mövqeyə gəlib. Ölkəmiz hər cür maneələrə, gizli və açıq embarqolara baxmayaraq, bütün çətinliklərlə mübarizə apar bilib. İndiyədək əldə etdiyimiz bütün bu uğurlar daha böyük hədəflərə doğru möhkəm addımlar atacağımızın ən bariz göstəricisidir”, - deyə o əlavə edib.

Məlumat üçün qeyd edək ki, 300 kilometrə qədər mənzilli ballistik raketlər “Taktik Ballistik Raket (TBM)” adlanır; 300-1000 kilometr mənzilli ballistik raketlər “Qısa Menzilli Ballistik Raket (SRBM)” olaraq təyin olunur. TAYFUN, Türkiyənin ilk qısa mənzilli ballistik raketidir. TAYFUN raketi ilk dəfə 18 oktyabr 2022-ci ildə sınaqdan keçirilib. Türkiyənin ROKETSAN şirkəti tərəfindən hazırlanan ballistik raket 23 may, 2023-cü il tarixində Rizə-Artvin Hava limanında ikinci dəfə sınaqdan keçirilib.

Qeyd edək ki, Roketsan tərəfindən HİSAR və Stinger layihələrindən əldə edilən təcrübə ilə inkişaf etdirilən SUNGUR raketi gecə-gündüz hədəfi aşkarlama, tanıma, izləmə və 360 dərəcə atış qabiliyyətinə malikdir və 4-4,5 kilometr hündürlükdə olan hədəfləri məhv edə bilir. SUNGUR Görüntüləmə İnfraqırmızı (IIR) Axtarış Başlığını istifadə edə bilən, üstün xüsusiyyətlərinə görə dördüncü nəsil MANPADS hesab edilir.

Məlumata görə, yaxın gələcəkdə Roketsan SUNGUR Raketi əsasında hava raket sistemi hazırlayacaq.

Yüksək dəqiqliyi və dağıdıcı gücü sayəsində TRG-230 Raketi 20-70 km məsafədə yüksək prioritet hədəflərə qarşı intensiv və effektiv atəş gücü yaradır. TRG-230 raketi Roketsan tərəfindən hazırlanan Çox Lülləli Raketatar Silah Sistemi ilə uyğun interfeyslərə malik müxtəlif platforma tiplərindən buraxıla bilir.

KARAOK çiyindən buraxılan tank əleyhinə raketin inkişaf fəaliyyətləri bir müddətdir ki, davam edir. Roketsan-ın ən qısa mənzilli tank əleyhinə raketi olan KARAOK, çiyindən atıldığı üçün inkişaf etdirilməsi ən çətin tank əleyhinə raketlər sırasındadır. ABŞ istehsalı olan Javelin KARAOK-un rəqibidir. KARAOK Layihəsi əvvəlcə 1,5 kilometr məsafəni hədəf alsa da, Roketsan 2,5 kilometrə çatmağı bacarıb. KARAOK Raketi TEK-ER tərəfindən çiyindən buraxılacağı üçün onun çəkisi də yüksək səviyyədə optimallaşdırılıb.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

TAYFUN, SUNGUR, TRG-230 və KARAOK raketlərinin kütləvi istehsalına başlanılır (ÖZƏL)
Məqalədə: #Türkiyə müdafiə sənayesi #Yaşar Gülər #Türkiyə Milli Müdafiə Nazirliyi #ROKETSAN #SUNGUR #TRG-230 #KARAOK #TAYFUR

Mövzu üzrə digər xəbərlər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?
ArabAZ analitika: Geosiyasi təhlillər

Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

31 Avqust 09:00
TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir
Türkiyə

TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

22 Avqust 14:05
Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN
Türkiyə

Suriyanın suverenliyini pozan hücumlar qəbuledilməzdir - Türkiyə MN

20 Avqust 13:21
PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb
Türkiyə

PKK-nın silahları üçün 3 mərhələli plan hazırlanıb

20 Avqust 10:11

Son Xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.