11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Prezident İlham Əliyevin COP29-da səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir - Hikmət Hacıyev

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir.

16 Noyabr 2024 20:16
Prezident İlham Əliyevin COP29-da səsləndirdiyi tezislər xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir - Hikmət Hacıyev

Bakı. AzerVoice

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin və qlobal problemlərin həllinə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir.

AzerVoice xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticəyönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un Sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib. Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

“Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya haqda yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələrə münasibətdə aparılan feyk-nyus və propaqanda xarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq, əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol barədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir. Bir faktı nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris razılaşmaları əldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, burada dövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözləntiləri var”, - deyə Prezidentin köməkçisi xüsusi vurğulayıb.

Məqalədə: #COP29 #Hikmət Hacıyev

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.