6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İran beynəlxalq təzyiqi rədd edir

24 Yanvar 2025 14:03
İran beynəlxalq təzyiqi rədd edir

BAKI,AzerVoice

Tehran, sürətlə inkişaf edən və silah istehsalına yaxınlaşan nüvə proqramına qarşı beynəlxalq təzyiqi rədd edib. Xarici işlər naziri Abbas Əraqçi, BMT Baş Katibi Antonio Quterreşin İranın nüvə proqramının məqsədlərini açıqlamaq barədə bəyanatlarını "ədəbsiz" adlandırıb.

Quterreş, verdiyi açıqlamada bildirib ki, İran, bölgə ölkələri və ABŞ ilə münasibətləri yaxşılaşdırmaq üçün ilk addım olaraq nüvə silahları istehsal etmək niyyətində olmadığını aydın şəkildə göstərməlidir.

"Ümid edirəm ki, iranlılar nüvə silahlarından imtina etmək qərarını tam şəkildə açıqlamağın vacibliyini anlayacaqlar. Bu, bölgədəki digər dövlətlərlə konstruktiv əlaqələr qurmaq üçün mühüm addım olacaq."-deyə Quterreş Davos İqtisadi Forumunda çıxış edərək deyib.

Quterreşin bu sözləri, Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) direktoru Rafael Qrossinin xəbərdarlığı ilə eyni vaxta təsadüf edib. Qrossi bildirib ki, İran uranı silah istehsalına yaxın zənginləşdirmə səviyyəsinə çatdırmaq üçün fəaliyyətini sürətləndirir.

Qrossi həmçinin İran və Tramp arasında dialoqun vacibliyini vurğulayaraq, belə bir dialoqu "inkişaf üçün zəruri" hesab edib.

Demo

Qrossi xəbərdarlıq edib ki, İran uranı 60 faizlik zənginləşdirmə səviyyəsinə çatdırma prosesini sürətləndirir. Bu səviyyə, nüvə silahları istehsalı üçün tələb olunan səviyyəyə çox yaxındır. O, İranın hazırda hər ay 30 kiloqramdan çox zənginləşdirilmiş uran istehsal etdiyini və ümumilikdə təxminən 200 kiloqramlıq ehtiyata sahib olduğunu qeyd edib.

Abbas Əraqçi, "X" platformasında yayımladığı bir yazıda, Quterreşin adını çəkmədən bildirib:
"İranlılara, nüvə silahlarından əbədi olaraq imtina etməli olduqlarını təbliğ etməyə çalışmaq ədəbsizlikdir."

Əraqçi bildirib ki, İranın Nüvə Silahlarının Yayılmaması üzrə Müqaviləyə (NPT) olan uzunmüddətli bağlılığı "tamamilə aydındır". O qeyd edib ki, İran bu beynəlxalq müqaviləni 1986-cı ildə, təsisçi üzv kimi imzalayıb. O həmçinin İranın ahıl yaşlı ali dini liderinin "kütləvi qırğın silahlarının haram edilməsi" ilə bağlı verdiyi fətvaya yenidən istinad edib.

Əraqçi vurğulayıb ki, İran 2015-ci ildə böyük güclərlə nüvə sazişini imzalayıb və bunun nəticəsində "Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) tarixində ən sərt yoxlama rejimi tətbiq edilib."

O, nüvə sazişinin mətnindən bir hissəni sitat gətirərək deyib:
"İran bir daha təsdiq edir ki, heç bir şəraitdə nüvə silahları əldə etməyə, inkişaf etdirməyə və ya yaratmağa cəhd göstərməyəcək."

Əraqçi diqqəti "yada salınmalı olan bir həqiqətə" yönəldərək, bunu bölgədəki "ən vacib sual" adlandırıb: "İsrailin Qəzzada həyata keçirdiyi soyqırım, həmçinin Fələstin, Suriya və Livan ərazilərinin işğalı.”

O əlavə edib: "Dünya üçün əsl təhlükə İsrailin nüvə arsenalı və onun Nüvə Silahlarının Yayılmaması üzrə Müqaviləyə qoşulmaqdan imtina etməsidir. Bu reallıq gizlədilməməlidir."

Bu açıqlamalar, Əraqçinin müavinlərinin Fransa, Almaniya və Böyük Britaniyadakı həmkarlarına "Snap Back" mexanizmini işə salaraq İran üzərinə yenidən BMT sanksiyalarının tətbiq edilməsi ehtimalı ilə bağlı xəbərdarlıq etməsindən bir həftə sonra edilib. Qərb jurnalistləri Tehranı Nüvə Silahlarının Yayılmaması üzrə Müqavilədən çıxmaq və daha irəli gedərək nüvə proqramının istiqamətini dəyişmək niyyəti ilə təhdid etməkdə ittiham ediblər.

Keçən noyabr ayında Lissabonda Quterreşlə görüşü çərçivəsində Əraqçi xəbərdarlıq edib ki, əgər Qərb gücləri "Snap Back" mexanizmini işə salsalar, İran nüvə doktrinasını dəyişməyə məcbur olacaq. "Əgər Avropa ölkələri sanksiyaları yenidən tətbiq etsə, İranın hamısı bu doktrinanın (nüvə ilə bağlı) yanlış olduğunu qəbul edəcək."-deyə İran rəsmisi qeyd edib.

Son bir ildə İran və İsrail arasındakı gərginliklərin artmasından sonra, bir neçə İran rəsmisi dəfələrlə nüvə doktrinasının dəyişdirilə biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Noyabr ayında İranın ali liderinin xarici siyasət üzrə müşaviri Kəmal Xərrazi :
"Biz hələlik nüvə bombası hazırlamaq qərarını qəbul etməmişik, lakin əgər İranın mövcudluğu təhdid altına düşsə, hərbi doktrinamızı dəyişməkdən başqa çarəmiz qalmayacaq."

Fransa, Almaniya və Böyük Britaniya Təhlükəsizlik Şurasına müraciət edərək bildiriblər ki, əgər Tehran dərhal nüvə fəaliyyətlərini azaltmazsa, BMT sanksiyalarının yenidən tətbiqi üçün "Snap Back" mexanizmini işə salmağa hazırdırlar. "Snap Back" mexanizminin etibarlılığı 2231 saylı qətnamənin oktyabr ayında başa çatması ilə sona çatır.

"Trampın ikinci hakimiyyət dövrü"

Çərşənbə günü, İranın strateji məsələlər üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, Tehranın nüvə silahları əldə etmək istəyini rədd etdi və İranla Qərbdəki tənqidçiləri arasında münasibətləri yaxşılaşdırmaq üçün danışıqların aparılmasını dəstəklədi.
Zərif Davosda keçirilən bir müzakirə panelində: "Həmişə ümid var ki, insanlar məntiqli qərar verərlər. Ümid edirəm ki, bu dəfə (Trampın hakimiyyətinin ikinci dövrü) daha ciddi, daha diqqətli və daha reallığa uyğun olacaq",-deyib və İslam Respublikasının dünyaya "təhlükə" yaratmadığını vurğulayıb.

Məqalədə: #İran #Təhlil

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.