5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail Ordusunda Üsyan: Onlarla Əsgər Qəzzada Döyüşməkdən İmtina Edir

31 Mart 2025 18:00
İsrail Ordusunda Üsyan: Onlarla Əsgər Qəzzada Döyüşməkdən İmtina Edir

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

İsrail ordusunda narazılıq artmaqda davam edir. Onlarla ehtiyatda olan əsgər Qəzza zolağında döyüşə qayıtmaqdan imtina edir. Bu, müharibənin dayandırılmasını tələb edən ictimai etirazların artması və hökumətə inamsızlığın dərinləşməsi fonunda baş verir.

Etirazlar baş nazir Benyamin Netanyahu və onun hökumətini çətin vəziyyətə salır və daxili, həm də xarici təzyiqləri artırır.

İsrail mediasının verdiyi məlumata görə, İsrail ordusunun tibb xidmətində çalışan onlarla ehtiyat zabiti və əsgəri Qəzzada döyüşə qayıtmağa hazır olmadıqlarını bəyan ediblər.

Rəsmi İsrail Yayım Korporasiyasının məlumatına görə, orduya bağlı tibb bölməsində xidmət edən onlarla ehtiyat əsgəri petisiya imzalayaraq Qəzzada döyüşə qayıtmaqdan imtina etdiklərini bildiriblər.

Əsgərlər bu addımı müharibənin yenidən başlanmasına etiraz və hökumətin Qəzzadakı fələstinli qruplarla əsir mübadiləsinin ikinci mərhələsini yerinə yetirməkdə yubatması səbəbilə atdıqlarını vurğulayıblar.

Petisiyada belə deyilir: “Susaraq baxa bilmərik ki, İsrail dövləti liderləri tərəfindən öz-özünü məhvə aparan bir yola sürüklənir.”

Əsgərlər bildiriblər ki, əsir mübadiləsinin ikinci mərhələsində real irəliləyiş əldə olunmadıqca tibb bölməsində xidmətlərini davam etdirməyəcəklər.

Petisiyanı imzalayanlar arasında müxtəlif tibbi sahələrdən ehtiyatda olan əsgər və əsgər qadınlar var: həkimlər, hərbi psixoloqlar, tibb bacıları, feldşerlər və tibb sahəsində köməkçilər.

İmzalanan sənəddə qeyd olunub ki, xidmətə davam etməmələrinin əsas səbəblərindən biri “fələstinli torpaqların zəbt olunması və ora köçürülmə çağırışlarıdır”, bu da “beynəlxalq hüquqa açıq-aşkar ziddir”. Eləcə də “əsir mübadiləsi prosesinin dalana dirənməsi” onların döyüşlərdə iştirakdan imtinasına əlavə səbəb olub.

Onlar qeyd ediblər ki, davam edən müharibə olduqca uzanıb ki, bu da məntiqə cavab vermir.

Əsgəerlərin hərbi xidmətdən imtina etməsi,İsrail ordusunda artan ümidsizlik və qəzəbin, müharibənin davam etdirilməsinin məqsədəuyğunluğu və nəticələri ilə bağlı narahatlığın gücləndiyini göstərir.

İsraildə bir çox şəhərlərdə etirazlaer davan edir.Tel-Əvivdə nümayişçilər əsas yolları bağlayıblar, polis isə müdaxilə edərək 7 nəfəri saxlayıb.

Nümayişçilər həmçinin Şabak rəhbəri Ronen Bar və hökumətin hüquqi müşaviri Qali Baharav-Miaranın vəzifədən uzaqlaşdırılmasına da etiraz ediblər.

Ailələr və etiraz hərəkatı şənbə axşamı Tel-Əvivdə və digər bölgələrdə yenidən nümayişlərə çağırıb.Kanal 12-nin məlumatına görə, ölkədə keçirilən sorğunun nəticəsinə görə, israillilərin 69 faizi bütün əsirlərin geri qaytarılması müqabilində müharibənin dayandırılması razılaşmasını dəstəkləyir, 21 faizi isə bu razılaşmaya qarşıdır.

Eyni sorğu göstərir ki, israillilərin 70 faizi Netanyahu hökumətinə etibar etmir, 50 faizi isə son dövrdə qəbul edilmiş məhkəmə sisteminə dair qanunlara qarşıdır.

Həmçinin, 66 faiz israillinin fikrincə, hökumət əsasən ultra-radikal və dindar qrupların və hakim koalisiyanın maraqlarına xidmət edir.

Sorğu nəticələrinə görə, əgər indi seçki keçirilsəydi, Netanyahu rəhbərliyindəki sağçı düşərgə 50 mandat alacaq, müxalifət 61, ərəb millət vəkilləri isə 9 mandat əldə edəcək.

Əgər keçmiş baş nazir Naftali Bennett siyasətə qayıdarsa, müxalifət 67, sağçılar isə cəmi 44 mandat əldə edə bilərdi.

Bu nəticələr Smotriçin rəhbərlik etdiyi “Dini Sionizm” partiyasının populyarlığının azaldığını göstərir.

Sorğu hökumətə artan ictimai təzyiqləri və əsirlərin taleyi ilə bağlı narahatlıqları əks etdirir.

Netanyahu isə müharibəni dayandırmaqdan imtina edir. HƏMAS-ın hərbi və inzibati gücünün tamamilə sıradan çıxarılmasını şərt kimi irəli sürür. Bu səbəblə əsir mübadiləsinin ikinci mərhələsinə keçidə də qarşı çıxır, əvəzində atəşkəsin birinci mərhələsinin uzadılmasına çalışır. Bu isə daxili və xarici fikir ayrılıqlarını daha da dərinləşdirib.

İki həftədən artıq fasilədən sonra, 18 martda İsrail ordusu Qəzzanın bütün bölgələrində genişmiqyaslı hərbi əməliyyatlara yenidən başlayıb.

Məqalədə: #İsrail #Qəzza zolağı #ABŞ #İsrail ordusu #Qəzza hücumu #Qəzza münaqişəsi #Qəzza müharibəsi #İsrail cinayətləri #İsrail hücumları #Qəzza blokadası #İsrail və HƏMAS müharibəsi #İsrail-HƏMAS atəşkəsi #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza böhranı və Qərbin mövqeyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

21:43

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.