5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Nigeriyada Şiə-Sünni Qarşıdurması və İran Amili

Məqalə Nigeriyada şiə azlığının təhlükəsizlik qüvvələri, səlfilər və İŞİD-in təzyiqləri fonunda İranın siyasi və ideoloji təsirinə necə yaxınlaşdığını təhlil edir.

7 Aprel 2025 12:00
Nigeriyada Şiə-Sünni Qarşıdurması və İran Amili

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi

Nigeriyada müsəlman əhalinin təxminən 1,3 faizini təşkil edən şiələr həm ölkənin təhlükəsizlik qüvvələri, həm də səlfilər və bu məzhəbə qarşı çıxan sünnilər tərəfindən təzyiqlərlə üzləşirlər. Bu təzyiqlər onları, çətinliklər və dövlətlə qarşıdurmalar bahasına belə, İrana üz tutmağa və ondan dəstək axtarmağa vadar edir.

İranın Nigeriyadakı müdaxiləsi əhali tərəfindən geniş şəkildə rədd edilir. Bu narazılıq Qəzzada müharibənin gedişi ilə daha da güclənib. Nigeriyanın yarısını təşkil edən xristianlar isə ümumilikdə İsraili dəstəkləyirlər.

Dünyada olduğu kimi, burda da ölkənin əksəriyyətini təşkil edən sünni müsəlmanlar, ümumiyyətlə Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən səlfiləri dəstəkləyir və şiəliyə və eləcə də İrana qarşı çıxırlar.

İran Nigeriya şiələrin cüzi varlığında istifadə edərək burada öz təsir dairəsini genişləndirmək istəyir.

XXI əsrin ikinci onilliyində, şiəliyi dünyaya yaymağa çalışan İran, əvvəlcə Nigeriyadakı İslam Hərəkatına – ölkədəki ən səsli və siyasi yönümlü, Xomeyni ideyalarını mənimsəmiş şiə qrupa – dəstəyini geri çəkmiş kimi görünürdü. Bu qrupun lideri İbrahim Zəkzəki idi. İran diqqətini siyasi fəaliyyətə qatılmayan, məzhəbin qaydalarına daha sıx bağlı digər şiə qruplara yönəltmişdi.

Lakin bütün bu çətinliklərə baxmayaraq, İran Nigeriyadakı İslam Hərəkatının lideri İbrahim Zəkzəki ilə əlaqələrini davam etdirdi. 2024-cü ilin fevral ayında İraqda şiələr üçün müqəddəs şəhər olan Nəcəfdə, İranın ali lideri Əli Xameneinin nümayəndəsi Zəkzəki ilə görüşdü. Görüşdə “İslam dünyasını” və xüsusilə Afrikanı maraqlandıran məsələlər müzakirə edildiyi bildirildi, lakin əsas məqsəd şiələiyin afrikada genişlənməsi yollarını müzakirə etmək idi.

Tədqiqatçı Cakob Zayn “Ceymstaun Fondu” üçün yazdığı hesabatda qeyd edir ki, bu münasibətlər İranın Afrikada şiə ideologiyası və siyasətinə təsir göstərmək üçün azsaylı vasitələrindən biri kimi Nigeriya İslam Hərəkatına nə qədər önəm verdiyini göstərir.

Əvvəlki dövrlərdə Səudiyyə Ərəbistanı Nigeriyada İslam Hərəkatının artan nüfuzunu zəiflətmək üçün hökumətə təzyiq göstərmişdi. Bu təzyiqlər 2015-ci ildə pik nöqtəsinə çatmış, həmin ildə küçə nümayişi zamanı 500-ə qədər üzv öldürülmüşdü.

Həmin zorakılıq zamanı Zəkzəki özü də az qala öldürüləcəkdi. O və həyat yoldaşı 2021-ci ilədək ev dustaqlığında saxlanıldı. Uzun hüquqi mübarizədən sonra, tibbi səbəblərlə ölkədən çıxmasına icazə verildi və 2023-cü ilin oktyabrından 2024-cü ilin 21 fevralına qədər İranda müalicə aldı, sonra Nigeriyaya geri döndü.

Bu hadisə Zəkzəki ilə Tehran arasındakı dərin əlaqələri göstərsə də, İslam Hərəkatı son illərdə ciddi təzyiqlərlə üzləşib. 17 noyabr 2023-cü ildə Qəzzada HƏMAS-a qarşı müharibəyə etiraz edən nümayiş zamanı, Kaduna ştatında hərəkatın iki üzvü öldürüldü.

5 aprel 2024-cü ildə isə Qüds Günü yürüşü zamanı, yenə Kaduna ştatında, polis ilə toqquşmada azı beş hərəkat üzvü öldürüldü, 20-yə yaxın şəxs yaralandı.

25 avqust 2024-cü ildə paytaxt Abucanın Vuse adlı elit məhəlləsində keçirilən aksiya zamanı hərəkat üzvləri ilə polis arasında toqquşma baş verdi. İki polis əməkdaşı və bir mülki şəxs öldürüldü, üç polis maşını yandırıldı. Bu hadisədən sonra polis komissarı Benet İqveyə şiələrin “hökumətə qarşı tammiqyaslı müharibə elan etdiklərini” deyərək, Abucada bu onların son aksiyası olacağını bildirdi.

1 sentyabr 2024-cü ildə Abucada parlament binası yaxınlığında keçirilən etiraz aksiyasında bir hərəkat üzvü polis tərəfindən vuruldu, bir polis yaralandı, bir neçə polis maşını yandırıldı.

2015-ci ildəki iğtişaşlardan sonra Nigeriya İslam Hərəkatı ciddi nəzarət altına alınıb.

Bütün bunlarla yanaşı, 2024-cü ilin avqust ayının sonlarında, Qərbi Afrikadakı İŞİD terrorçuları Nigeriyadakı şiə icmasına qarşı qətliam törətdi və qurbanların güllələnmiş fotolarını yaydı.

Təşkilat bildirirdi ki, bu şəxslər təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq ediblər. Bu, Nigeriyada İŞİD terror təşkilatının 2015-dən bəri şiə azınlığa qarşı ilk planlı hücumu idi.

Bütün bu hadisələr Nigeriyadakı şiə müsəlmanların nə qədər çətin vəziyyətdə olduğunu, həm təhlükəsizlik qüvvələrinin, həm də İŞİD-in təhdidləri altında yaşadığını göstərir. Bu gərgin və təhlükəli vəziyyət isə İran üçün bölgədə nüfuzunu artırmaq üçün münbit fürsət yaradır.

Məqalədə: #Şiə islamçılar #Silahlı şiə qrupları #Nigeriyada şiələrə qarşı təzyiqlər #İran Nigeriyada şiələri dəstəkləyir #İbrahim Zəkzəki və İran əlaqələri #Nigeriya İslam Hərəkatı xəbərləri #Nigeriyada şiə-sünni qarşıdurması #İranın Afrikadakı nüfuzu #İŞİD və Nigeriyada şiələr #Kaduna və Abuja şiə etirazları #Nigeriyada şiələrin hüquq pozuntuları #İran Nigeriya münasibətləri 2024 #Nigeriyada İslam Hərəkatına hücumlar #Nigeriyada şiələr niyə təzyiq altındadır? #İran Nigeriyada şiə hərəkatını necə dəstəkləyir? #İbrahim Zəkzəki kimdir və nə üçün vacibdir? #2024-cü ildə Nigeriyada hansı şiə hadisələri baş verib? #Nigeriyada şiə və sünni münasibətləri necədir? #İran Afrikada hansı üsullarla nüfuz qurur? #Nigeriyada şiələr İŞİD tərəfindən hədəfə alınırmı? #Nigeriyada polis və şiələr arasında nələr baş verir? #Qüds Günü Nigeriyada necə qarşılanır? #Nigeriyada şiə icması niyə İranı dəstəkləyir?

Mövzu üzrə digər xəbərlər

Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb
Suriya

Suveydada baş verən toqquşmalarda 10 təhlükəsizlik əməkdaşı yaralanıb

1 Sentyabr 10:39
Çin Afrikada kiminlə vuruşur?
ArabAZ təhlil mərkəzi

Çin Afrikada kiminlə vuruşur?

21 İyun 18:52
"İŞİD" prioritetlərini dəyişir: Suriyada "idarəetmənin bədəli"ni artırmağa çalışır
ArabAZ təhlil mərkəzi

"İŞİD" prioritetlərini dəyişir: Suriyada "idarəetmənin bədəli"ni artırmağa çalışır

26 Aprel 19:00
Qulam Hüseyn Möhsüni-Ejei — İranın "Təhlükəsizlik fəqihi" və güc mərkəzinə necə çevrildi
ArabAZ təhlil mərkəzi

Qulam Hüseyn Möhsüni-Ejei — İranın "Təhlükəsizlik fəqihi" və güc mərkəzinə necə çevrildi

6 Aprel 09:00

Son Xəbərlər

Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
Nəsrullahdan sonra qalan xarabalıq - İki il ərzində "Hizbullah"ın itkiləri
20:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.