10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Rəisinin ölümü – İran vətəndaş müharibəsinin astanasındadır

29 May 2024 22:37
Rəisinin ölümü – İran vətəndaş müharibəsinin astanasındadır

Bakı,AzerVoice

Müəllif Con Bolton / Prezident İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olması İran rejiminin süqutuna və 1979-cu il İslam İnqilabı kimi yeni bir inqilaba səbəb ola bilər. Görünən odur ki, Rəisinin qəfil ölümü böyük narahatlıq yaradıb və böyük təhlükələrə səbəb olub. Hələlik Tehrandakı qaynar manevrlərin və pərdəarxası daxili siyasi çəkişmələrin mahiyyətini tam aydınlaşdıra bilmirik.

Növbəti mühüm addım, vertolyotun qəzaya uğramasının səbəbini müəyyən etmək üçün rejimin yekun rəsmi açıqlama verməsi olacaq. Lakin indiyədək səlahiyyətlilər bildiriblər ki, Rəisi helikopterinə hücum edildiyinə dair heç bir dəlil yoxdur, ona görə də istintaq davam edir.

Aydındır ki, hissə-hissə verilən bəyanatlar zaman qazanmaq və sabitliyə xələl gətirə biləcək spekulyasiyaları məhdudlaşdırmaq məqsədi daşıyır. Hakimiyyətin açıqlayacağı qəzanın səbəbi bundan sonra da böyük siyasi əks-səda doğuracaq. Əslində, rəsmi izahata görə, səbəb pis hava şəraiti, sərt, dağlıq ərazi və pilotun səhvi ola bilər. Hətta mexaniki nasazlığın nəticəsi də ola bilər.

İran ayətullahlarının Rusiya çarlığının taleyi ilə üzləşə biləcəklərini demək hələ tezdir, lakin bu gün onların inqilabı dönüş nöqtəsindədir və böyük təhlükə altındadır.

İranın keçmiş xarici işlər naziri Cavad Zərifin ehtiyat hissələri çatışmazlığına görə ABŞ-ın məsuliyyət daşıdığını deyərək, əsas səbəb kimi sanksiyaları göstərməsi gülünc idi.

Ronald Reyqan ABŞ-ın İrana qarşı ilk sanksiyalarını tətbiq edəndən bəri beynəlxalq neft satışlarından yüz milyardlarla dollar qazanan İran bu milyardlarla dolları ballistik raket və nüvə silahı istehsalı proqramlarını maliyyələşdirmək, saysız-hesabsız terror təşkilatlarını silahlandırmaq yerinə Rusiya və eləcə də çinli dostlarından yeni helikopter ala bilərdi.

Aşkar qeyri-siyasi səbəblərə əlavə olaraq, İran tez-tez şübhələndiyi xarici tərəfləri, yəni Mossad və CIA-nı günahlandırmağı seçə bilər və ya İran rəsmiləri siyasi, etnik və ya dini səviyyədə yerli rəqibləri günahlandıra bilər.

İranın kimin günahkar olduğunun söyləməsi ilə liderlik uğrunda gedən mübarizənin gündəmə gəlməsinə imkan verə bilər. Bunu nəzərə alan Tehran məsələ ilə bağlı yekun və qəti bəyanat verməkdə gecikməsinə haqq qazandıra bilər. Çünki reallığı manipulyasiya edərkən tez-tez bir-birinə zidd olan dəlilləri aradan qaldırmaq və yeni dəlillər ortaya çıxarmaq üçün ətraflı hazırlıq işləri görmək lazımdır.

Bu arada, prezidentin vertolyotunun “məcburi enişi” ilə bağlı ilk xəbərdən sonrakı saatlar və günlər ərzində ordu və təhlükəsizlik qüvvələri yerli və xaricdən hər hansı narahatlıq və müdaxiləyə qarşı müdafiə sistemlərini gücləndiriblər.

Olduqca həssas məsələ olan məqam var bu da  ölkə üçün yeni dini liderin seçilməsi və ya ən azından belə bir qərarın qəbulu üçün gözləniləndən tez konkret prosedurların müəyyənləşdirilməsidir.
Çünki həqiqət budur ki, Ayətullah Əli Xameneinin 85 yaşı tamam olur və səhhəti yaxşı deyil. Eyni şəkildə, İranda 1979-cu il inqilabından sonra cəmi iki dini lider var və varisin müəyyən edilməsi üçün heç bir müəyyən prosedur qurulmayıb.

Bu baxımdan, bir çox insanlar düşünürlər ki,hal hazıda ölkə üçün öncəlik, prezident seçkiləridir və bu seçkilır daha şəffaf olmalıdır.

Lakin bu taktika bir çoxları eləcə də Xameneyinin oğlu Müctəba tərəfindən qəbul olunmadı və o atasının yerinə keçməyə ümid edirdi.

İyunun 28-də keçirilməsi gözlənilən yeni prezident seçkiləri fonunda qalibin avtomatik olaraq dini lider postunu tutmaq üçün əsas namizəd olmaq nüfuzuna malik olub-olmayacağı ilə bağlı suallar dolaşır.
Bu, şübhəsiz ki, Ali Rəhbərin ölümündən xeyli əvvəl bir çox namizədlərin ortaya çıxacağı və hakimiyyət dairələrində daxili qarşıdurmaların olacağı anlamına gəlir.

Əslində rejim daxilində yüksək səviyyəli dini, mülki və hərbi rəhbərlik varisliklə bağlı qeyri-müəyyənlikdən qaçmaq istəyirdi, lakin görünür, çıxış yolu yoxdur. Gizli razılaşmalar, geniş siyasiləşmə və daha pisi İranın yüksək rütbəli rəhbərliyində de-fakto fikir ayrılıqlarını genişləndirəcək və yeni parçalanmalara yol açacaq. Ayətullahların, hökumətin qanunvericilik və məhkəmə qollarının başçıları, İnqilab Keşikçiləri və nizami ordu komandirləri arasında müxtəlif təsir və rəqabət oxlarının sürətlə formalaşdığını və inkişaf etdiyini görürük. Bilinən odur ki,münaqişə nə qədər uzun sürərsə, bir o qədər acı, gərgin və qanlı olacaq.

İqtisadi problemlər, gənclərin narazılığı, 18 ay əvvəl Məhsa Əmininin öldürülməsinin səbəb olduğu qəzəb fonunda uzun sürən etnik və dini gərginliklər nəticəsində rejimin bütün İranda nüfuzunun görünməmiş şəkildə aşağı düşdüyünü nəzərə alsaq, Ayətullahlar və rejimin digər liderləri İnqilab Keşikçilərini yeganə təhlükəsiz yer hesab edirlər.

Bəs, İran İnqilab Keşikçiləri Korpusunun içində parçalanma olarsa, nə olacaq?

Əgər İran müxalifəti İnqilab Keşikçiləri Korpusunun komandirləri arasında və hətta nizami ordu daxilində gərginlik yarada bilsə, rejimin hakimiyyət üzərində demək olar ki, mütləq və öldürücü inhisarı qırıla biləcək.Azərbaycanlılar, Kürdlər və Bəluc kimi narazı qruplar da bu cəhddə müxalifətə qoşula bilər. Bu, daxili qarşıdurmaların vətəndaş müharibəsinə çevrilməsi ehtimalını artırır.

*Bu məqalə “Independent Arabi”-dən “AzerVoice” tərəfindən tərcümə edilib.

Rəisinin ölümü – İran vətəndaş müharibəsinin astanasındadır
Məqalədə: #İbrahim Rəisi #Müctəba Xameneyi

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49

Son Xəbərlər

"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
18:01
İraq silahlı qrupların tərksilahı üçün danışıqlara başlayır
İraq silahlı qrupların tərksilahı üçün danışıqlara başlayır
18:00
İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub
17:03
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
17:01
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.