9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İranda prezident seçkilərində Məsud Pezeşkian liderlik edir

6 İyul 2024 07:25
İranda prezident seçkilərində Məsud Pezeşkian liderlik edir

Bakı. AzerVoice:

“İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian İranda seçkilərdə liderlik edir.

AzerVoice-nin məlumatına görə, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Onun sözlərinə görə, 58,6 min seçki məntəqəsindən 47,6 minində (81,19%) 23,61 milyon bülleten hesablandıqdan sonra M.Pezeşkian 12,7 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi S.Cəlili 10,4 milyon səs toplayıb.

İranda ümumilikdə 61 milyon seçici var. İlkin məlumatlara görə, seçici fəallığı təxminən 50% təşkil edib.

xxx

04:23

Sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian İranda prezident seçkilərində liderlik edir.

AzerVoice-nin məlumatına görə, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

58,6 min seçki məntəqəsindən 13,28 minində (22,7%) 5,819 milyon bülleteni emal etdikdən sonra M.Pezeşkian 2,904 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi mühafizəkar Səid Cəlili isə 2,815 milyon səs toplayıb. İlkin məlumatlara görə, seçkilərin ikinci turunda 30 milyondan çox insan səs verib.

xxx

03:21

Sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərində 2,5 milyon səsin hesablanmasından sonra liderlik edir.

AzerVoice-nin məlumatına görə, bu barədə İran İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.

Onun sözlərinə görə, 58,6 min seçki məntəqəsindən 6,19 minində (10,5%) 2,5 milyon bülleteni hesablayandan sonra M.Pezeşkian 1,263 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 1,244 milyon səs toplayıb.

Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkilərinin 2-ci turu yerli vaxtla saat 08:00-da başlayıb. Bu turda iki namizəd – Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır. Seçkilərdə ən çox səs qazanan namizəd qalib olacaq. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.

Həmçinin, İranda prezident seçkiləri ilə əlaqədar ölkə daxilində 58 640 dairə, ölkədən kənarda 344 dairə yaradılıb. 61 452 321 seçici səsvermədə iştirak edə bilər.

28 iyunda keçirilən 14-cü çağırış prezident seçkilərində 24,5 milyon seçici səsvermədə iştirak edib. Səsverməyə əsasən sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf isə 3,38 milyon səs toplayıb.

Məqalədə: #Məsud Pezeşkian

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.