6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

MSK sədri Məzahir Pənahov MDB PA-nın müşahidə missiyası ilə görüşüb

31 Avqust 2024 17:13
MSK sədri Məzahir Pənahov MDB PA-nın müşahidə missiyası ilə görüşüb

Bakı. AzerVoice

Avqustun 31-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Milli Məclisə keçiriləcək seçkiləri izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının (MDB PA) beynəlxalq müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AzerVoice xəbər verir ki, görüşdə MSK-nın sədri növbədənkənar parlament seçkilərində 6 milyon 421 min 960 vətəndaşın özünün səsvermə hüququndan istifadə edə biləcəyini deyib. Bildirib ki, Milli Məclisə seçkilərdə 990 namizəd mübarizə aparır və onların sərbəst seçkiqabağı təşviqatı üçün qanunvericiliyin tələblərinə uyğun bütün imkanlar yaradılıb. O, namizədliyi qeydə alınan 305 nəfərin 25 siyasi partiyanın nümayəndəsi olduğunu diqqətə çatdırıb.

MSK sədri qeyd edib ki, seçkilərin müşahidəsinə 598 beynəlxalq və 112 mindən artıq yerli müşahidəçi qoşulub. Bütün ölkə coğrafiyasını əhatə edən 1000 seçki məntəqəsində səsvermə günü prosesləri heç bir qeydiyyat tələb olunmadan, birbaşa və fasiləsiz müşahidə etmək üçün veb-kamera quraşdırılıb.

Ölkədə 6478 seçki məntəqəsinin yaradıldığını qeyd edən M.Pənahov onlardan 6343-nün daimi, 135-nin isə müvəqqəti fəaliyyət göstərdiyini deyib. Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 2471 məntəqədə fiziki məhdudiyyətli şəxslər üçün pandusların quraşdırıldığını deyən M.Pənahov əlavə edib ki, həmçinin səsvermədə iştirak edəcək gözdən əlillər üçün trafaretlər hazırlanıb.

M.Pənahov, eyni zamanda, növbədənkənar parlament seçkiləri ilə əlaqədar “exit-poll” keçirmək üçün üç təşkilatın müraciət etdiyini vurğulayıb. O, Milli Məclisə seçkilərin ilk dəfə Azərbaycanın bütün suveren ərazilərində keçiriləcəyini və seçki iştirakçılarına hərtərəfli şəraitin yaradıldığını bildirib.

MSK sədri qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə səsvermə hüququna malik 42 mindən artıq seçicinin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün 54 seçki məntəqəsi yaradılıb.

Müşahidə missiyasının koordinatoru Andrey Yatskin öz növbəsində MSK-dakı səmimi görüşə görə nümayəndə heyəti adından təşəkkürünü bildirib, Milli Məclisə növbədənkənar seçkilərin müşahidəsində iştirak etməkdən məmnun olduğunu qeyd edərək prosesləri fəal şəkildə izləyəcəklərini vurğulayıb. MDB PA-nın Azərbaycan Milli Məclisi ilə münasibətlərinin yaxşı səviyyədə olduğunu diqqətə çatdıran qonaq ölkədə növbədənkənar parlament seçkilərinə hazırlıq prosesini yüksək qiymətləndirib.

Görüş çərçivəsində, həmçinin seçkilərlə bağlı müxtəlif məsələlər ətrafında fikir mübadiləsi və müzakirələr aparılıb.

MSK sədri Məzahir Pənahov MDB PA-nın müşahidə missiyası ilə görüşüb MSK sədri Məzahir Pənahov MDB PA-nın müşahidə missiyası ilə görüşüb
Məqalədə: #Məzahir Pənahov

Mövzu üzrə digər xəbərlər

MSK-ya yeni sədr seçilir
Cəmiyyət

MSK-ya yeni sədr seçilir

27 Aprel 16:15
YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib
Siyasət

YAP-ın MSK üzvlüyünə namizədləri müəyyənləşib

22 Aprel 12:17
MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək
Siyasət

MSK nümayəndələri Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

28 Noyabr 2025 10:11
Türk Dünyası Seçki Qurumları Platforması Türkistanda qurulub
Türk Dövlətləri

Türk Dünyası Seçki Qurumları Platforması Türkistanda qurulub

14 May 2025 14:12

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.