13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib

18 Sentyabr 2024 02:00
Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib

Bakı. AzerVoice

Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Saatlı rayonunda inşa olunan 360 şagird yerlik yeni məktəb şagirdlərin istifadəsinə verilib.

AzerVoice xəbər verir ki, Ömər Faiq Nemanzadə adına Günəşli kənd ümumi orta məktəbi 1994-cü ildə ibtidai məktəb kimi fəaliyyətə başlayıb. Ötən müddətdə bina istifadəyə yararsız vəziyyətə düşdüyündən yeni məktəb binasının inşasına ehtiyac yaranmışdı.

Heydər Əliyev Fondunun təhsil sahəsindəki daha bir layihəsi də məhz bu səbəbdən Saatlı rayonunu əhatə edib.

Yeni məktəb binası üçmərtəbəlidir və 4 korpusdan ibarətdir.

Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.

Burada 17 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, informatika otağı, hərbi təlim otağı, tibb otağı, əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası yaradılıb.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Məktəbin direktoru Mövlud Cəlilov bildirib ki, kənddəki məktəb də 30 il əvvəl fəaliyyətə başlayıb. Doqquzillik sistemdə fəaliyyət göstərən məktəb illər ərzində getdikcə yararsız vəziyyətdə düşdüyündən Heydər Əliyev Fonduna müraciət etdik. Müraciətimiz operativ şəkildə cavablandırıldı və çox keçmədən yeni məktəb binası inşa edildi. Bu il birinci sinfə qədəm qoyan 18 şagirdimiz var. Vaxtilə məktəb yararsız vəziyyətdə olduğundan şagirdlərimizin çoxu qonşu kəndlərdə daha yaxşı şəraiti olan təhsil ocaqlarına üz tuturdular. Yeni məktəb binası tikiləndən sonra nəinki həmin şagirdlər, hətta digər qonşu kəndlərin şagirdləri də bu məktəbdə təhsil almaq istədiklərini bildirirlər.

“Məktəbin məzunlarından Zeynali Dursunov və Cavanşir Ağayev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalıb. Məzunlarımız arasında ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr göstərənlər var. Məktəbin 11 illik sistemə keçməsi istiqamətində də işlər aparılır. İnanıram ki, yeni məktəb binasında təhsil alan şagirdlər daha yaxşı nəticələrlə fərqlənməyi bacaracaqlar”, - deyə M.Cəlilov qeyd edib.

Məktəbin şəhid məzunu olan Zeynali Dursunovun atası, Günəşli kənd sakini Əlləz Dursunov övladının məzun olduğu məktəbə yeni nəfəs verilməsinin onu və ailə üzvlərini çox təsirləndirdiyini bildirərək deyib: "Üç qızım şəhid qardaşlarının təhsil aldığı məktəbdə elmin sirlərini öyrənməyə davam edəcək, yeni biliklərə yiyələnəcəklər. Övladımın xatirəsinin də əbədiləşdirilməsi, xüsusi lövhənin quraşdırılması, hər gün məktəbin şagirdlərinin onun qarşısından keçərək sinif otaqlarına daxil olması ailəmiz üçün böyük məna kəsb edir. Bir şəhid ailəsi olaraq göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığımızı bildiririk”.

Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib Heydər Əliyev Fondu tərəfindən Saatlı rayonunda inşa edilən yeni məktəb binası istifadəyə verilib
Məqalədə: #Heydər Əliyev Fondu

Mövzu üzrə digər xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə Ərəbistanı

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü

20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

19:51
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)

18:36

Son Xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.