6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Azərbaycan Portuqaliya ilə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə əməkdaşlığa hazırdır - Ceyhun Bayramov

24 Sentyabr 2024 01:10
Azərbaycan Portuqaliya ilə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə əməkdaşlığa hazırdır - Ceyhun Bayramov

Bakı. AzerVoice

Azərbaycan Portuqaliya ilə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə əməkdaşlığa hazırdır.

AzerVoice Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyyəli həftəsi çərçivəsində Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Ranger ilə görüşü zamanı deyib.

Görüş zamanı, Azərbaycan və Portuqaliya arasında siyasi, iqtisadi, energetika, mədəni, humanitar və s. sahələr üzrə ikitərəfli eləcə də beynəlxalq təşkilatlarda çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə cari regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ölkələrimiz arasında əməkdaşlığın inkişaf perspektivlərinin müzakirəsi baxımından siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi vurğulanıb.

Azərbaycanın enerji təhlükəsizliyi üzrə bir sıra Avropa ölkələri ilə uğurla əməkdaşlıq etdiyi, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının bunun təcəssümü olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, ölkəmizin alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə bir sıra Avropa ölkələri, o cümlədən Portuqaliya ilə praktiki əməkdaşlığa hazır olduğu bildirilib.

Ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına sədrliyininin iqlim dəyişikliyi ilə mübarizəyə əhəmiyyətli töhvə verəcəyinə əminlik ifadə olunub, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş perspektivlər yaratdığı vurğulanıb.

Ölkəmizin yerləşdiyi strateji-coğrafi mövqeyin əhəmiyyəti, o cümlədən Orta Dəhlizin inkişafı istiqamətində tərəfimizdən həyata keçirilən layihə və təşəbbüslərin yaratdığı imkanlar qeyd olunub.

Nazir Ceyhun Bayramov, həmçinin qarşı tərəfi postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə istiqamətində görülən işlər, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesinin gedişatı barədə ətraflı məlumatlandırıb.

Ermənistan konstitusiyasında ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sülh prosesində əsas maneə olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan Portuqaliya ilə alternativ enerji mənbələrinin inkişaf etdirilməsi üzrə əməkdaşlığa hazırdır - Ceyhun Bayramov
Məqalədə: #Ceyhun Bayramov

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib
Siyasət

Azərbaycan və Litva arasında regional təhlükəsizlik məsələləri müzakirə edilib

3 Sentyabr 11:39
Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib
Siyasət

Azərbaycan-İran münasibətlərinin inkişaf perspektivləri müzakirə edilib

1 Sentyabr 11:05
Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət

Ceyhun Bayramov Avstriyanın ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib

27 Avqust 13:40
Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Siyasət

Ceyhun Bayramov Ukrayna Təhlükəsizlik Şurasının katibi ilə görüşüb

6 Avqust 21:39

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.