12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Hizbullahın Livan ordusuna inteqrasiyası nə qədər realdır?

Digər bir tərəfdən maraqlıdır ki, “Ali rəhbərin” (vali-yi fəqih) dini təyinatı ilə hərəkət edən hərbi qrupla, dövlətin hüquqi və demokratik mexanizmləri çərçivəsində hərəkət edən milli ordu bir arada necə fəaliyyət göstərə bilər?”

22 Aprel 2025 09:00
Hizbullahın Livan ordusuna inteqrasiyası nə qədər realdır?

BAKI,AzerVoice Analitik Təhlil Mərkəzi
Livan Silahlı Qüvvələrinin baş komandanı, prezident Cözef Aun tərəfindən irəli sürülən Hizbullah döyüşçülərinin Livan ordusuna inteqrasiya olunması ideyası, 1990-cı ildəki vətəndaş müharibəsindən sonra digər partiya döyüşçüləri ilə aparılan təcrübəyə bənzədilərək gündəmə gətirildi və siyasi dairələrdə, ekspertlər arasında ciddi müzakirəyə səbəb oldu.

Bu təklif hələlik geniş dəstək qazanmamışdır. Ekspertlərə görə, Livan ordusunun Hizbullah üzvlərini müxtəlif səbəblərdən qəbul etməsi mümkün deyil. Onlar bu təklifin Hizbullaha silahlarını dövlətə təhvil vermək qarşılığında təqdim olunan bir “təskinlik hədiyyəsi” olduğunu deyirlər. Həmçinin vurğulanır ki, "ideoloji inanca və dini vəzifə təyinatına bağlı olan" bir qurumun üzvləri rəsmi orduya inteqrasiya oluna bilməz.

Prezident Aun verdiyi bir açıqlamada bildirmişdi: “Hizbullah döyüşçüləri üçün orduda müstəqil bir birlik yaradılması mümkün deyil, lakin onlar fərdi şəkildə orduya qəbul oluna bilər və 1990-cı illərdə olduğu kimi təlim kurslarından keçərək orduya uyğunlaşdırıla bilərlər.”

Bu təklifə münasibət bildirən " Livan Qüvvələri " (al-Quvvət əl-Lübnaniyyə) fraksiyasının üzvü, deputat Qiyass Yəzbək qeyd edib ki, “Hizbullah özünün 100 min döyüşçüsünün olduğunu iddia edir, halbuki Livan ordusunun bu qədər şəxsi qəbul etmək imkanları yoxdur.Tutaq ki, bu rəqəm 25 min nəfərdir, bu sayda döyüşçünün belə qəbul olunması mümkün deyil, çünki ordunun öz heyətinə belə xarici yardım olmadan maaş ödəməsi çətindir.”

O bildirib ki, Livanın milli təhlükəsizlik strategiyası – prezident və hökumətlə birgə ordunun müəyyən etdiyi sənəd – hələlik ölkənin ordu və təhlükəsizlik qüvvələrinə nə qədər ehtiyac duyduğunu müəyyən etməyib.

“Hizbullah” döyüşçülərinin mövqeyi

Təqaüddə olan briqada generalı, təhlükəsizlik və hərbi məsələlər üzrə ekspert Xalid Həmadə bildirib ki, Hizbullah döyüşçülərinin orduya inteqrasiyası təklifi silahların dövlətə təhvil verilməsi üçün bir cəhdin bir hissəsidir və bu, parlament sədri Nəbih Bərrinin vasitəçiliyi ilə əldə olunan və partiyanın dəstəyi ilə razılaşdırılmış atəşkəs razılaşmasının icrası çərçivəsində gündəmə gətirilmişdir.

Həmadənin fikrincə, bu inteqrasiya prosesi bir çox çətinliklərlə üzləşəcək. Çünki vətəndaş müharibəsindən sonra keçmiş milislərin silahsızlaşdırılaraq dövlət strukturlarına inteqrasiya olunması prosesi ilə indiki vəziyyət arasında mühüm fərqlər var. O qeyd edib: “O zaman milis liderləri ‘Taif Sazişi’ni qəbul etdilər, silahlarını könüllü şəkildə təhvil verdilər və siyasi prosesin bir parçası oldular. Ancaq bu gün Hizbullah atəşkəs razılaşmasını tanımır, silahlarını təhvil vermək istəmir və hərbi qanadının ləğvini qəbul etmir. Belə olduğu halda, bu cür inteqrasiya təklifi heç bir nəticə verməyəcək.”

Hizbullahın ideoloji doktrinası

Siyasi və təhlükəsizlik ekspertləri qeyd edirlər ki, "Hizbullahın ideoloji kimliyi və onun inanc əsaslı strukturu Livan ordusunun milli və sekulyar doktrinası ilə uyğun gəlmir. Deputat Yəzbək deyir ki, “Partiya hələ də Livanı İranın bağçası, bağı kimi görür. Bunu partiyanın baş katibinin müavini Naim Qasimin ‘biz silahı təhvil verməyəcəyik’ bəyanatı da sübut edir.”

Keçmişdəki milis liderləri livanlı idilər və onların qərarları ölkədaxili idi. Ancaq Hizbullah İranla üzvi əlaqəyə malikdir. Digər bir tərəfdən maraqlıdır ki, “Ali rəhbərin” (vali-yi fəqih) dini təyinatı ilə hərəkət edən hərbi qrupla, dövlətin hüquqi və demokratik mexanizmləri çərçivəsində hərəkət edən milli ordu bir arada necə fəaliyyət göstərə bilər?”

Hizbullah döyüşçülərinin dövlət strukturuna inteqrasiyası məsələsində ilkin və ən əsas addım onların silahı dövlətə təhvil verməsidir. Ondan sonra digər Livan vətəndaşları kimi dövlətə qəbul imtahanlarına girə bilərlər. Çünki Hizbullah üzvləri cəmiyyətin bir hissəsidir və istisna təşkil etməməlidirlər. Ancaq bu məsələnin ‘Hizbullaha xoş gəlmək’ üçün ortaya atılması nəticə verməyəcək. Hizbullah əvvəlcə dövləti tanımalı, silahların yalnız dövlətin əlində olması prinsipini qəbul etməli və beynəlxalq qərarların icrasına razı olmalıdır. Yalnız bundan sonra inteqrasiya ilə bağlı real addımlar atıla bilər

Məqalədə: #Livan #Livan ordusu #Livan ordusu və Hizbullah qarşıdurması #Hizbullah Livan ordusu #Hizbullah döyüşçülərinin inteqrasiyası #Livan silahlı qüvvələri və Hizbullah #Hizbullah silahları təhvil verir #Cözef Aun və Hizbullah #Livan daxili təhlükəsizlik siyasəti #Hizbullah ideologiyası və Livan dövləti #Hizbullah və İran əlaqəsi #Livan ordusu və siyasi balans #Hizbullahın tərksilahı #Hizbullahın Livan ordusuna inteqrasiyası mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edəcəkmi? #Hizbullahın silah təhvili Livanda sabitlik yaradarmı? #Hizbullahın ideoloji inancı Livan ordusu ilə uzlaşırmı? #Cözef Aunun Hizbullah təklifi necə qarşılanır? #Livanda silahlı qrupların dövlətə inteqrasiyası təcrübəsi #Hizbullah niyə Livan ordusuna qatılmaq istəyir? #Hizbullahın Livan dövlətinə təslim olması mümkündürmü? #Livan ordusu Hizbullah döyüşçülərini qəbul edə bilərmi? #Hizbullah silahlarını nə vaxt təhvil verəcək? #Hizbullahın İranla əlaqəsi Livan üçün təhlükəlidirmi?

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.