6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını məhdudlaşdırır

25 May 2025 09:37
İsrail Qəzzaya humanitar yardımın çatdırılmasını məhdudlaşdırır

BAKI, AzerVoice

İsrail Qəzza zolağına humanitar yardımın çatdırılmasını məhdudlaşdırmaqda davam edir.

AzerVoice xəbər verir ki, bu barədə Qətərin "Al Jazeera" telekanalı məlumat verib.

Məlumatda qeyd olunur ki, Qəzzaya 21 may tarixindən bəri yalnız 100 humanitar yardım yük maşını buraxılıb ki, bu da iki milyon insanın təcili ehtiyaclarını ödəməkdən uzaqdır.

Fələstinli rəsmilərin sözlərinə görə, İsrailin son günlər ərzində buraxdığı yardım miqdarı kifayət deyil və bu vəziyyət sakinlər üçün fəlakətli nəticələr doğurur. Habelə, ötən gün Qəzzada dörd yaşlı fələstinli uşaq qida çatışmazlığından həyatını itirib. BMT-nin Ümumdünya Ərzaq Proqramı isə xəbərdarlıq edib ki, Qəzzada 70 mindən çox uşaq kəskin aclıq və qida çatışmazlığından əziyyət çəkir.

Bundan əvvəl Qəzza hökumətinin mətbuat xidməti açıqlamışdı ki, 2 mart tarixindən etibarən Qəzzaya heç bir humanitar yardım daxil olmayıb və bu səbəbdən bölgədə vəziyyət fəlakətli səviyyəyə çatıb. Bildirilir ki, son 80 gün ərzində aclıq və dərman çatışmazlığı səbəbindən 320-dən çox fələstinli həyatını itirib.

Mayın 19-da İsrail rəsmiləri Qəzzada aclığın qarşısını almaq məqsədilə minimum miqdarda ərzaq məhsulunun zolağa daxil olmasına icazə veriləcəyini bəyan etmişdi. Lakin Qəzza hökumətinin hesablamalarına görə, bölgənin əsas ehtiyaclarını qarşılamaq üçün gündə təxminən 500 yük maşını humanitar yardım daxil olmalıdır.

Beynəlxalq monitorinq təşəbbüsü olan Ərzaq Təhlükəsizliyi Faza Təsnifatının (IPC) məlumatına əsasən, hazırda Qəzzada təxminən 1,95 milyon fələstinli qida çatışmazlığı ilə üz-üzədir, 133 mindən çox insan isə aclıq çəkir.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #BMT #BMT Ümumdünya Ərzaq Proqramı #humanitar yardım

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.