11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat

Zəvvarların müqəddəs məkanlar — Ərəfat, Müzdəlifə və Minə arasında rahat hərəkətini təmin etmək məqsədilə 25 mindən çox avtobus xidmətdədir.

29 May 2025 09:00
Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat

AzerVoice, Analitik Təhlil Mərkəzinin eksperti , ƏHMƏD SALİH HƏLƏBİ (MƏKKƏ)

Səudiyyə Ərəbistanı bu il Həcc mövsümündə zəvvarların rahatlığını təmin etmək üçün genişmiqyaslı yeni layihələri reallaşdırır. Məkkə və Mədinə arasında hərəkət edən zəvvarlar üçün nəqliyyat, infrastruktur və texnoloji sahələrdə nəzərəçarpacaq yeniliklər tətbiq olunub.

Zəvvarların müqəddəs məkanlar — Ərəfat, Müzdəlifə və Minə arasında rahat hərəkətini təmin etmək məqsədilə 25 mindən çox avtobus xidmətdədir. Bununla yanaşı, "Qətar əl-Məşəir" adlanan xüsusi Həcc qatarı 2500-dən çox səfər həyata keçirərək nəqliyyatı asanlaşdırır.

Hərameyn sürətli qatarı

Məkkə və Mədinəni cəmi 120 dəqiqəyə birləşdirən 450 km-lik "Hərameyn Sürətli Qatarı" layihəsi 63 milyard SAR ( Səudiyə Riyalı) məbləğində vəsaitlə reallaşdırılıb. Bu xətt illik 60 milyon sərnişin daşımaq imkanına malikdir və saatda 300 km-ə qədər sürətlə hərəkət edir. O, Yaxın Şərq və Şimali Afrikanın ən sürətli sərnişin qatarıdır.

Ərəfatda Yaşıl Sahələr və Soyutma Sistemləri

“Cəbəl ər-Rəhmə” bölgəsində həyata keçirilən ikinci mərhələli yenidənqurma layihəsi çərçivəsində ağaclı, kölgəlikli istirahət sahələri yaradılıb, rütubətləndirici dirəklər və su mənbələri yerləşdirilib. Eyni zamanda “Nəmirə Məscidi” ətrafında 2000-dən çox ağac əkilib, 320 kölgəlik və 350 ventilyator quraşdırılıb. Cəmərat bölgəsində isə 200 rütubət ventilatoru əlavə olunub.

Zəvvarlar üçün yeni tualet kompleksləri

Minə bölgəsində zəvvarların rahatlığını təmin etmək üçün 2116 köhnə tualet 61 müasir iki mərtəbəli sanitar qovşaqlarla əvəzlənib. Bu komplekslərdə 5600-dən çox sanitar otaq var. Əlavə olaraq, bölgədə 2400 içməli su məntəqəsi quraşdırılıb.

Yeni nəsil eskalatorlar və sosial xidmətlər

Yüksək ərazilərdə yerləşən çadır düşərgələrinə çıxışı asanlaşdırmaq məqsədilə 32 müasir elektrik pilləkəni quraşdırılıb. Yaşlılar və əlillər üçün bu layihə xüsusi əhəmiyyət daşıyır. “İsraə əl-Məşəir” layihəsi çərçivəsində 20 min zəvvarın yerləşə biləcəyi müasir çadır modulları yaradılıb. Bu bölmələrdə yeməkxanalar, paltar yuyan yerlər və bərbərxanalar da var.

Ağıllı texnologiyalar və enerji istehsalı

Texnoloji yeniliklər arasında "Enerji Marşrutu" layihəsi xüsusi diqqət çəkir. Bu sistem zəvvarların hərəkətindən enerji toplayaraq ənənəvi enerji mənbələrindən asılılığı azaltmağı hədəfləyir. Süni intellekt bu il həm zəvvarların düşərgələrə giriş sayını hesablamaqda, həm də mətbəx tullantılarını izləmək və zəvvar məmnuniyyətini üz ifadələri və bədən hərəkətləri ilə təhlil etmək üçün istifadə olunacaq.

Bu layihələr, Səudiyyə rəhbərliyinin Həcc ziyarətini daha təhlükəsiz, rahat və müasir hala gətirməyə yönəlmiş səylərinin bir göstəricisi kimi qiymətləndirilir.

Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat Həcc mövsümündə zəvvarlar üçün yeni layihələr: Yaşıl sahələr, ağıllı sistemlər və sürətli nəqliyyat
Məqalədə: #Məkkə #Məkkə Yolu #Əhməd Hələbi #Məkkə və Mədinə #Məkkənin mühasirəsi #Məkkənin coğrafiyası #Məkkə Fəthi #Məkkə mədəni irsi #Məkkədə ümrə turu #Zəvvarlar üçün Məkkə #Məkkə arxeoloji yerləri #Məkkə turizm marşrutları #İslam tarixi Məkkədə #Məkkənin dini və tarixi məkanları

Mövzu üzrə digər xəbərlər

İraq Hizbullahınnı Sinqapurda terror  planı ifşa olunub
İraq

İraq Hizbullahınnı Sinqapurda terror planı ifşa olunub

10 Sentyabr 17:03
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Liviya

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?

10 Sentyabr 16:45
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.