4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrailin hücumları beynəlxalq hüququ pozur - BMT

3 İyun 2025 18:00
İsrailin hücumları beynəlxalq hüququ pozur - BMT

BAKI, AzerVoice

İsrailin Qəzzadakı hücumları beynəlxalq hüququ pozur.

AzerVoice xəbər verir ki, BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsrailin Qəzza zolağında mülki şəxslərə qarşı həyata keçirdiyi hücumlar beynəlxalq hüququ pozduğunu bildirib.

Türkün yazılı açıqlamasında qeyd olunub ki, az miqdarda ərzaq yardımına çatmağa çalışan fələstinlilərə qarşı İsrailin həyata keçirdiyi ölümcül hücumlar “vicdansızlıqdır”. O, müstəqil və qərəzsiz araşdırmanın vacibliyini vurğulayaraq, məsul şəxslərin beynəlxalq hüquq qarşısında cavab verməli olduğunu bildirib.

“Mülki insanlara qarşı hücumlar beynəlxalq hüququn ciddi şəkildə pozulması və müharibə cinayəti təşkil edir”, – deyə Türk bildirib.

O vurğulayıb ki, fələstinlilər ya aclıqdan ölmək, ya da qida yardımına yaxınlaşarkən həyatını itirmək ilə üz-üzə qalıb. Onun sözlərinə görə, İsrail humanitar yardımın paylanması ilə bağlı beynəlxalq öhdəlikləri və standartları kobud şəkildə pozur.

Türk əlavə edib ki, qəsdən ərzaq və digər həyati vacib ləvazimatların əhalidən əsirgənməsi də müharibə cinayətləri kateqoriyasına aiddir. O, Qəzzada mülki əhaliyə qarşı baş verənləri “ən ağır cinayətlərin elementləri” adlandırıb.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəsi bu il İsrailə təcili humanitar yardımın təmin olunması ilə bağlı məcburi qərar verib. Volker Türk isə bu öhdəliklərə əməl olunmamasının heç bir hüquqi əsasının olmadığını qeyd edib.

Bildirilib ki, mayın 27-dən etibarən İsrail ordusu ABŞ-ın rəhbərlik etdiyi “Qəzzaya Humanitar Yardım Fondu” çərçivəsində qurulan paylama məntəqələrinə hücumlar həyata keçirir. “Bufer zonalar” adlandırılan ərazilərdə humanitar yardım üçün toplaşan mülki şəxslər hədəf alınır.

İyunun 1-də Qəzzada iki fərqli bölgədə yardım almağa çalışan fələstinlilərə qarşı təşkil olunan hücumlarda 32 nəfər həlak olub, 232 nəfər isə yaralanıb.

BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini bildirib ki, “Qəzzada yardım paylaması artıq ölüm tələsinə çevrilib”.

İsrail ordusu isə bu gün səhər humanitar yardım mərkəzinə gələn fələstinlilərə atəş açdığını rəsmi olaraq etiraf edib.

Məqalədə: #BMT #UNRWA #Filipp Lazzarini #Qəzza münaqişəsi #Beynəlxalq humanitar yardım #Humanitar yardım və diplomatiya #Qəzzə və İsrail arasındakı gərginlik #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb
BƏƏ

Əbu-Dabidə BMT sülhməramlı əməliyyatlarının rəhbərləri üçün seminar başa çatıb

13:44
Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru
Siyasət

Mā'ohi Nui-nin müstəqilliyi uğrunda mübarizə davam etdiriləcək - Oskar Temaru

2 Sentyabr 13:34
Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat
Cəmiyyət

Azərbaycanın minatəmizləmə sahəsində gördüyü işlər təqdirəlayiqdir - Nasar Hayat

2 Sentyabr 11:29
HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib
Yaxın Şərq

HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

31 Avqust 22:33

Son Xəbərlər

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
Dünya ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
18:14
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.