İƏT ölkələrinin birgə bəyanatında İsrailin işğal siyasəti pislənib
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.
Sisi İsrailin Qəzza planına qarşı ordunu səfərbər etdi
Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.
31 ölkə və bir sıra təşkilatlar Netanyahunun "Böyük İsrail" ideyasını pisləyiblər
Bir sıra ərəb və islam ölkələrinin xarici işlər nazirləri, eləcə də beynəlxalq təşkilatların baş katibləri İsrailin Baş naziri Benyamin Netanyahunun “Böyük İsrail”lə bağlı bəyanatlarını sərt şəkildə pisləyiblər. Bəyanatı pisləyən ölkələr və təşkilatlara Səudiyyə Ərəbistanı, Əlcəzair, Bəhreyn, Banqladeş, Çad , Komorlar İttifaqı, Cibuti, Misir, Qambiya, İndoneziya, İraq, İordaniya, Küveyt, Livan , Liviya, Maldivlər, Mavritaniya, Mərakeş, Nigeriya, Oman, Pakistan, Fələstin, Qətər, Seneqal , Syerra Leone, Somali, Sudan, Suriya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərinin, Yəmən eləcə də Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və Körfəz Əməkdaşlıq Şurası daxildir.
Netanyahu Qəzza müharibəsinin həlli üçün beş əsas prinsipi açıqlayıb
İsrailin baş naziri Benyamin Netanyahu, Qəzza zolağında ölkəsinin təhlükəsizliyini və qələbəsini təmin edəcək “beş əsas prinsipi” açıqlayıb. Netanyahu bildirib ki, bu prinsiplər İsrailin təhlükəsizliyini təmin edəcək.
Almaniya Qəzza ilə bağlı İsrailə təzyiqi artırmağa hazırdır
Almaniya hökuməti, Qəzza zolağında davam edən humanitar böhranla bağlı İsrailə qarşı təzyiqləri artırmağa hazır olduğunu açıqlayıb.
Qəzzadakı vəziyyət artıq qəbuledilməzdir - Almaniya kansleri
Almaniya kansleri Fridrix Merz İsrailin Qəzzaya son hücumlarını tənqid edərək, bölgədəki vəziyyəti artıq qəbuledilməz adlandırıb və atəşkəsin vacibliyini vurğulayıb.
İsrailin Qəzzaya hücumu nəticəsində daha 17 nəfər həlak olub
İsrailin Qəzzaya hücumu nəticəsində daha 17 nəfər həlak olub.
İsrailin Qəzzaya son hücumları zamanı 21 nəfər həlak olub
İsrailin Qəzzaya son hücumları zamanı 21 nəfər həlak olub.
Qəzzada hava hücumları intensivləşir
Qətərin paytaxtı Dohada aparılan atəşkəs danışıqları fonunda İsrail ordusu son 48 saat ərzində Qəzza zolağında təxminən 250 hədəfə hava zərbələri endirib.
İsrail Ordusu Yəməndə Hava Hücumlarına Başladı
İsrail ordusu Yəməndə müxtəlif nöqtələrə hava hücumları təşkil edib.
Qəzzalılar aclıqdan küçələrdə huşunu itirir - UNRWA
BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzza zolağında humanitar böhranın kritik həddə çatdığını açıqlayıb.
Qəzzada atəşkəs gələn həftə mümkün ola bilər - Tramp
Tramp Qəzzada atəşkəsin yaxın vaxtlarda baş tutacağını açıqlayıb.