6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İƏT ölkələrinin birgə bəyanatında İsrailin işğal siyasəti pislənib

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib. Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.

25 Avqust 2025 18:25
İƏT ölkələrinin birgə bəyanatında İsrailin işğal siyasəti pislənib

BAKI, AzerVoice, Səməd Əyyubov

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə xarici işlər nazirləri iclasından sonra qəbul edilən birgə bəyanatda İsrailin mövqeyi kəskin şəkildə pislənib və bütün dövlətlərə fələstinlilərə qarşı təcavüzün davam etməsinin qarşısını almaq üçün hüquqi və praktik addımların atılmasına dair çağırış edilib.

AzerVoice-un məlumatına görə, Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasın yekununda vurğulanıb ki, İsrailin Qəzza zolağına hücumun başlanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq vasitəçilərin sülh təşəbbüslərinə cavab verməkdən imtina etməsi, əməliyyatları genişləndirməkdə israrı və atəşkəs çağırışlarını qulaqardına vurması qəbuledilməzdir.

Bəyanatda qeyd olunub ki, İsrailin vasitəçilərin son təklifinə cavab verməkdən imtina etməsi girovların azad olunması, atəşkəsin əldə edilməsi və humanitar böhranın aradan qaldırılması üçün həyati əhəmiyyət daşıyan razılaşmanı əngəlləyib.

Bildirilib ki, bu təklif ABŞ-nin daha əvvəl irəli sürdüyü təşəbbüslərlə üst-üstə düşür və müharibənin dayandırılması, bütün girovların qeyd-şərtsiz azad olunması üçün əsas ola bilərdi. Davam edən müharibəyə və sülh imkanlarının bilərəkdən rədd edilməsinə görə məsuliyyətin tam şəkildə İsrailin üzərində olduğu vurğulanıb.

Həmçinin qeyd edilib ki, bu mövqe humanitar böhranı daha da dərinləşdirir, mülki əhalini əsas yardımlardan məhrum edir və girovların saxlanılmasını uzadır.

Bəyanatda bütün dövlətlər BMT mexanizmləri çərçivəsində və beynəlxalq hüquqa uyğun şəkildə İsrailin Qəzzaya tətbiq etdiyi blokadanın aradan qaldırılması və humanitar yardımın fələstinlilərə təcili çatdırılması üçün tədbirlər görməyə çağırılıb. İşğal vasitəsinə çevrilmiş qurumların, xüsusilə də “Qəzza Humanitar Yardım Fondu” adlı strukturun fəaliyyəti kəskin şəkildə qınanıb. Bu fondun aclığı davam etdirmək üçün istifadə edildiyi, rəhbərlərinin isə soyqırımı cinayətlərində şərik olduqları vurğulanıb.

İsrail baş naziri Benyamin Netanyahunun “Böyük İsrail” ideyasına dair açıqlamaları da pislənib. Bu bəyanatların dövlətlərin suverenliyinə qarşı açıq təxribat xarakteri daşıdığı, beynəlxalq hüququ və BMT Nizamnaməsini pozduğu, regional və qlobal sülh və təhlükəsizlik üçün ciddi təhdid yaratdığı bildirilib.

Eyni zamanda Qüdsün E1 bölgəsində 3 400 qanunsuz məskunlaşma vahidinin təsdiqlənməsi sərt şəkildə qınanıb. Bu addımın işğal altındakı ərazilərin coğrafi və demoqrafik quruluşunu dəyişdirməyə yönəldiyi, iki dövlətli həll imkanlarını zəiflətdiyi vurğulanıb. Bəyanatda beynəlxalq hüquq, BMT qətnamələri və Beynəlxalq Cinayət Məhkəməsinin mövqeyi əsasında İsrailin işğal və kolonizasiya fəaliyyətlərini dayandırmasının zəruri olduğu qeyd olunub.

İşğal altındakı torpaqlarda radikal qrupların İsrail qüvvələrinin himayəsi altında törətdiyi zorakılıqların artdığına diqqət çəkilib və onların cinayətlərinə görə məsuliyyət daşıması üçün tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Bəyanatın yekun hissəsində bütün dövlətlərə çağırış edilib ki, İsrailin cəzasız qalmasının qarşısı alınmalı, törətdiyi cinayətlərə görə məsuliyyət daşıması təmin olunmalı, sanksiyalar tətbiq edilməli, silah və hərbi ləvazimatların tədarükü dayandırılmalı, diplomatik və iqtisadi münasibətlər yenidən nəzərdən keçirilməli və İsrailə qarşı hüquqi proseslər başlanmalıdır.

İƏT həmçinin vurğulayıb ki, İsrailin BMT üzvlük öhdəliklərini pozması və qətnamələri davamlı olaraq icra etməməsi nəzərə alınaraq, onun BMT-də üzvlüyünün dayandırılması ilə bağlı müzakirələrin aparılması təşviq olunmalıdır. İƏT-yə üzv olmayan ölkələr və regional təşkilatlarla əməkdaşlıqda isə bu istiqamətdə fəaliyyətlərin gücləndirilməsinin əhəmiyyəti qeyd edilib.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #İslam Əməkdaşlıq Təşkilatı #İƏT #aclıq #humanitar yardım #humanitar böhran #İsrail ordusu #bəyanat #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Trampın Qəzza planı #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Uşaq ölümü Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzada humanitar böhran #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Yəmən humanitar böhranı 2025 #Humanitar yardım təşəbbüsləri #BMT-nin Qəzza hesabatı #HƏMAS və Qəzzanın gələcəyi #Qəzzanın bərpası 2025 #Körfəz ölkələrinin Qəzzaya dəstəyi #Fələstin humanitar yardımı #Misir və Səudiyyə Qəzza planı #Qəzzanın yenidənqurma xərcləri #Qəzzada müharibədən sonrakı vəziyyət #Donald Tramp Qəzzə planı #Misir və İordaniyanın Qəzzə mövqeyi #Qəzzəyə Əl-Ələ Yardım kampaniyası #AFAD Qəzzaya humanitar yardım #Susuzluq və aclıq #Qəzzada aclıq və səfalət #Qəzzə və İsrail arasındakı gərginlik #İsrailin Qəzzəyə hücumu #Qəzzə müharibəsi 2025 #Qəzzədə humanitar böhran #Qəzzə və Misir arasındakı diplomatik münasibətlər #Aclıq və qida çatışmazlığı #Qəzza humanitar böhranı #Qəzzada aclıq və resurs çatışmazlığı #Qəzzadakı humanitar vəziyyətə diqqət #Qəzza aclıq #uşaqlar aclıqdan ölür #Qəzzədə aclıq

Mövzu üzrə digər xəbərlər

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb
BƏƏ

BƏƏ-nin axtarış-xilasetmə qrupu Nepalda fəaliyyətə başlayıb

11:40
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.