4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Qəzzada hava hücumları intensivləşir

Qətərin paytaxtı Dohada aparılan atəşkəs danışıqları fonunda İsrail ordusu son 48 saat ərzində Qəzza zolağında təxminən 250 hədəfə hava zərbələri endirib.

12 İyul 2025 15:39
Qəzzada hava hücumları intensivləşir

BAKI, AzerVoice

Son 48 saatda Qəzzaya 250 hava hücumu - İsrail hücumları intensivləşdirib.

AzerVoice xəbər verir ki, Qətərin paytaxtı Dohada aparılan atəşkəs danışıqları fonunda İsrail ordusu son 48 saat ərzində Qəzza zolağında təxminən 250 hədəfə hava zərbələri endirib.

İsrail ordusunun yaydığı bəyanatda bildirilir ki, hücumlar ölkənin daxili kəşfiyyat xidməti Şin-Bet (Şabak) ilə koordinasiya çərçivəsində həyata keçirilib. Zərbələr əsasən binalara yerləşdirilmiş partlayıcı qurğular, silah anbarları, tank əleyhinə raket sistemləri, snayper mövqeləri və tunel infrastrukturuna yönəlib.

Xüsusilə Beyt Hanun, Şucayya və Zeytun bölgələrində hücumların həm havadan, həm də qurudan daha intensiv xarakter aldığı bildirilir. Fələstinli mülki əhalinin yaşadığı çadırlara da hücumlar edildiyi qeyd olunub.

Digər tərəfdən, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial şəbəkə üzərindən verdiyi açıqlamada Qəzzadakı balıqçılara və yerli sakinlərə dənizə çıxmağın qadağan edildiyini bildirib. O, dənizə girənlərin həyatının təhlükə altında olacağını vurğulayıb.

Qeyd edək ki, 2023-cü ilin oktyabr ayından bəri Qəzzaya yönələn hücumlar nəticəsində indiyədək 57 min 823 fələstinli həyatını itirib, 137 min 887 nəfər isə yaralanıb. Son olaraq martın 18-də atəşkəsin pozulmasından bu yana isə 7 min 261 nəfər ölüb, 25 min 846 nəfər yaralanıb.

İsrailin rəhbərliyi altında yaradılan Qəzza Humanitar Yardım Fondunun fəaliyyət göstərdiyi bölgələrdə humanitar yardım üçün toplaşan fələstinlilərə qarşı təşkil olunan hücumlar nəticəsində mayın 27-dən bu yana 788 nəfər həlak olub, 5 min 199 nəfər isə yaralanıb.

Baş nazir Benyamin Netanyahunun son açıqlamasına əsasən, İsrailin Qəzza zolağının tam işğalı istiqamətində hərbi əməliyyatlarını davam etdirmək niyyətində olduğu bildirilir.

Məqalədə: #İsrail #Fələstin #Qəzza zolağı #Qətər #Doha #Qəzza münaqişəsi #Humanitar fəlakət Qəzza #Qəzzada humanitar böhran #Qəzzə və İsrail arasındakı gərginlik #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib
Yaxın Şərq

Aİ Qəzzada qışa hazırlıq işlərinin geridə qaldığı barədə xəbərdarlıq edib

20:41
Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib
Fələstin

Fələstin hüquq təşkilatı İsrail nazirinin Qəzzadan “köç” açıqlamalarını pisləyib

20:26
Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb
Fələstin

Avropa İttifaqı Qəzzadan fələstinlilərin çıxarılması planlarına qarşı çıxıb

20:23

Son Xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.