6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Sisi İsrailin Qəzza planına qarşı ordunu səfərbər etdi

Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.

20 Avqust 2025 22:00
Sisi İsrailin Qəzza planına qarşı ordunu səfərbər etdi

BAKI, AzerVoice Analitik Təhlil Mərkəzi, Səməd Əyyubov

Misir ordusu İsrailin Qəzzanı işğal etmə planlarına qarşı Sina səhrasında misilsiz hərbi hazırlıq keçirib. Yüksək rütbəli hərbi mənbənin sözlərinə görə, prezident Əbdülfəttah əs-Sisinin birbaşa tapşırığı ilə Qəzza sərhədinə əlavə 40 min əsgər yerləşdirilib. Bu rəqəm 1979-cu il Misir–İsrail Sülh Müqaviləsi ilə icazə verilən həddən demək olar ki, iki dəfə çoxdur.

Mənbə bildirib ki, Misir ordusu illərdir görünməmiş ən yüksək səviyyəli həyəcan vəziyyətindədir. Bu tədbirlərin İsrailin Qəzzanı işğal edərək fələstinliləri Sinaya köçürmək planlarına qarşı müdafiə məqsədi daşıdığı vurğulanıb.

Məlumata görə, zirehli texnika, hava hücumundan müdafiə sistemləri, xüsusi təyinatlı qüvvələr və M60 tipli tanklar Rəfah və Şeyx Zuveyd şəhərlərinə, həmçinin Qəzza sərhədinə yaxın əl-Cura kəndinə yerləşdirilib.

Misirdən İsrailə xəbərdarlıq

Şimal Sina valisi Xalid Muğavver İsrailə xəbərdarlıq edərək sərhədə yaxınlaşacaq hər hansı qüvvənin “gözlənilməz və sərt cavabla” üzləşəcəyini bildirib. Regionun qəbilə liderləri və millət vəkilləri də aprel ayında Əl-Ariş şəhərində keçirilən toplantıda “Sinanın fələstinlilər üçün alternativ vətən olmayacağını” bəyan ediblər. Əl-Tarabin qəbiləsindən Şeyx Səlame əl-Əhmər vurğulayıb: “Qəzzanın yanındayıq, amma bu, Misirin torpağı və suverenliyi hesabına olmayacaq”.

İki ölkə arasındakı gərginlik

Misir və İsrail arasında ABŞ-ın vasitəçiliyi ilə 1979-cu ildə imzalanmış sülh sazişinə baxmayaraq, son aylarda münasibətlər onilliklərin ən gərgin dövrünə çatıb. Qəzzada baş verən qətliam həm Misirin sərhəd təhlükəsizliyini, həm də vasitəçilik səylərini sarsıdır. 2024-cü ilin mayında İsrailin nəzarətinə keçən Səlahəddin dəhlizi isə sazişin pozulması kimi qiymətləndirilir. Bununla belə, Misirin İsraildən qaz idxalı və sənaye əməkdaşlığı davam edir.

Misirli siyasi analitik bildirib ki, İsrailin bu hücumu Qəzzanı kütləvi şəkildə boşaltmaq və HƏMAS-ı zəiflətmək məqsədilə planlaşdırılmış humanitar fəlakəti alovlandıra bilər. Onun sözlərinə görə, qarşıdakı günlər Misirin həm hərbi hazırlığını, həm də diplomatik gücünü ciddi sınağa çəkəcək.

Məqalədə: #Qəzza #İsrail #Qəzza zolağı #Misir #Əbdülfəttah əs-Sisi #İsrail ordusu #Qəzza hücumu #Qəzza böhranı və ərəb mövqeyi #Qəzza münaqişəsi #Qəzzanın yenidən qurulması #Qəzza müharibəsi #Qəzza blokadası #Humanitar fəlakət Qəzza #Misirin Qəzza siyasəti #Ərəb dövlətləri və Qəzza #Qəzzanın işğalı #Qəzza sakinlərinin köçü #Misir və İordaniyanın Qəzzə mövqeyi #Qəzzə və İsrail arasındakı gərginlik #İsrailin Qəzzəyə hücumu #Qəzzə müharibəsi 2025 #Qəzzədə humanitar böhran #Qəzzə və Misir arasındakı diplomatik münasibətlər #İsrailin Qəzzədəki hərbi əməliyyatları #Misir ordusu #Misir ordusu Qəzza sərhədində hərbi hazırlıq #Sina səhrasında Misir hərbi qüvvələri #Misir–İsrail Sülh Müqaviləsi 1979 #Əbdülfəttah əs-Sisi Qəzza tapşırığı #Rəfah və Şeyx Zuveydə tanklar və xüsusi qüvvələr #M60 tankları və hava hücumundan müdafiə sistemləri #Misirin Qəzza sərhədi təhlükəsizliyi #Misirdən İsrailə sərt xəbərdarlıq #Şeyx Səlame əl-Əhmər və qəbilə liderlərinin bəyanatı #Sinanın fələstinlilər üçün alternativ vətən olmayacağı #Səlahəddin dəhlizi İsrailin nəzarətində #Misir–İsrail münasibətlərində gərginlik #Misirin vasitəçilik səyləri və təhlükəsizlik narahatlığı #İsrailin Qəzzanı boşaltmaq planı #Humanitar fəlakət və HƏMAS-ın zəiflədilməsi #Misirin hərbi və diplomatik gücü sınaqda

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.