6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Qəzza razılaşmasını dəstəkləyənlərin sayı üstünlük təşkil edir - İsrail XİN

İsrailin xarici işlər naziri Gideon Saar Qəzzada atəşkəs və girov mübadiləsi üzrə razılaşmanın həm ictimaiyyət, həm də hökumət daxilində geniş dəstək qazandığını bildirib.

2 İyul 2025 18:00
Qəzza razılaşmasını dəstəkləyənlərin sayı üstünlük təşkil edir - İsrail XİN

BAKI, AzerVoice

Kabinetin əksəriyyəti Qəzzada atəşkəs və məhbus razılaşmasını dəstəkləyir.

AzerVoice xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar Qəzzada atəşkəs və girov mübadiləsi üzrə razılaşmanın həm ictimaiyyət, həm də hökumət daxilində geniş dəstək qazandığını bildirib.
Saar bu fikirlərini ABŞ prezidenti Donald Trampın İsrailin 60 günlük atəşkəs üçün şərtləri qəbul etdiyini açıqlamasından sonra X sosial şəbəkəsində paylaşıb.

“Həm hökumətdə, həm də ictimaiyyətdə girovların azad edilməsinə dair qanun layihəsinin lehinə böyük əksəriyyət var. Əgər bu fürsət varsa, onu qaçırmamalıyıq”, – deyə Saar qeyd edib.

Digər tərəfdən, İsrailin koalisiya hökumətində təmsil olunan ifrat sağçı nazirlər – Milli Təhlükəsizlik naziri Itamar Ben-Gvir və Maliyyə naziri Bezalel Smotrich razılaşmaya qarşı mövqelərini bir daha ifadə ediblər. Yerli media Ben-Gvirin atəşkəsin qarşısını almaq üçün Smotriçlə blok yaratmağa çalışdığını yazıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, İsrail 60 günlük atəşkəs üçün tələb olunan şərtləri qəbul edib və bu müddət ərzində bütün tərəflərlə birlikdə müharibənin sonlandırılması üçün çalışacaqlar. O əlavə edib ki, vasitəçi olan Qətər və Misir Həmas-a “son təklif” təqdim edəcək.

Qeyd edək ki, İsrailin son hücumları nəticəsində Qəzzada həlak olanların sayı son 24 saatda 142 nəfər artaraq 57 mini keçib.

Məqalədə: #İsrail #Qəzza zolağı #Misir #Qətər #HƏMAS #atəşkəs #Ben Qvir #İsrail XİN #Qideon Saar #İsrail və Qəzza #Betsalel Smotriç

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.