6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

14 İyul 2025 14:18
Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub

Xocalı. AzerVoice

Bu gün köç karvanı ilə Xocalı rayonunun Təzəbinə kəndinə çatan ailələrə yeni evlərinin açarları təqdim olunub.

AzerVoice xəbər verir ki, 28 ailə olmaqla, 125 nəfər keçmiş məcburi köçkün doğma yurduna qovuşub. Təzəbinə kəndinə köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak ediblər.

Mənzillərin açarlarını ailələrə təqdim edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov bildirib ki, Təzəbinə kəndində keçmiş məcburi köckünlərin rahat məskunlaşması üçün hər çür şərait yaradılıb. Kənd fasiləsiz elektirik enerjisi, təbii qaz, icməli su və yüksək sürətli internet xətti ilə təmin edilib. E. Yusubovun sözlərinə görə, kənd sakinlərinin məşğulluğunun təmin edilməsi də diqqət mərkəzindədir. Köç prosesi mərhələli şəkildə davam edəcək.

Ailələr açarları təhvil alıb və öz evlərində məskunlaşıblar.

Yeni köçən ailələrə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.

Doğma yurda qayıdan kənd sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, onların ailələrinə səbir diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 mindən çox insan yaşayır.

Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub Xocalının Təzəbinə kəndi ilk sakinlərini qarşılayıb: 28 ailəyə evlərinin açarları təqdim olunub
Məqalədə: #Xocalı #Təzəbinə kəndi

Mövzu üzrə digər xəbərlər

Ağdərə və Xocalıya yeni köç karvanı yola salındı
Cəmiyyət

Ağdərə və Xocalıya yeni köç karvanı yola salındı

14 Aprel 13:48
Varşavada “Nabat” filmi nümayiş olunub
Cəmiyyət

Varşavada “Nabat” filmi nümayiş olunub

28 Fevral 10:27
Bakı şəhərində yerləşən kilsə və sinaqoqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Cəmiyyət

Bakı şəhərində yerləşən kilsə və sinaqoqlarda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

26 Fevral 16:50
Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Siyasət

Brüsseldə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

26 Fevral 16:18

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.