8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

11 Dekabr 2023 14:17
Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb

Bakı. AzerPress:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 11-də ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb.

AzerPress xəbər verir ki, görüşdə Ş.Papuaşvilinin səfərinin Azərbaycan-Gürcüstan mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafına töhfə verəcəyinə əminlik ifadə olundu.

Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin səyləri nəticəsində bu gün qarşılıqlı etimad və dəstəyə əsaslanan münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Azərbaycan ilə Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsindən məmnunluq ifadə edildi, hakim partiyalar arasında çox yaxşı münasibətlərin olduğu vurğulandı.

Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəklədiyi bildirildi.

Parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərin inkişafında xüsusi rolu təqdir edildi. Hazırda parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğu vurğulandı. Qeyd edildi ki, hər iki ölkənin parlament nümayəndələri beynəlxalq parlament təşkilatlarında da sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

Ticarət-iqtisadi əməkdaşlığının ənənəvi olaraq yaxşı dinamika nümayiş etdirdiyi bildirilərək Gürcüstanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu diqqətə çatdırıldı.

Qeyd edildi ki, Azərbaycan Gürcüstanın ən böyük xarici investorlarından biridir. Bu baxımdan SOCAR-ın Gürcüstanda uğurlu fəaliyyətinə toxunuldu.

Tərəflər mövcud geniş potensialdan tam şəkildə istifadə edilərək Azərbaycan-Gürcüstan ticarət-iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladılar. Bu baxımdan Hökumətlərarası komissiyanın səmərəli platforma kimi rolu yüksək qiymətləndirildi.

Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələrinin Cənubi Qafqazın transformasiyasına töhfə verdiyi və regionun siyasi, iqtisadi, nəqliyyat və enerji xəritəsini dəyişdiyi məmnunluqla qeyd olundu.

Bildirildi ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri bu gün həm Azərbaycanın, həm də Gürcüstanın iqtisadi inkişafına əhəmiyyətli töhfə verir. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində strateji əhəmiyyətə malikdir.

Bildirildi ki, eyni zamanda gündəlikdə hər iki ölkənin iştirakı ilə yeni layihələr və təşəbbüslər də var. Onlardan biri Gürcüstan və Qara dəniz vasitəsilə Azərbaycanın “yaşıl” elektrik enerjisinin Rumıniyaya tədarükünü nəzərdə tutan sualtı kabelin çəkilməsi layihəsidir.

Qeyd edildi ki, nəqliyyat-tranzit sahəsində əməkdaşlığın çox gözəl nəticələri var.

Bakı-Tbilisi-Qars dəmir yolunun önəmi xüsusi vurğulandı, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizin getdikcə daha da aktuallaşdığı bildirildi.

Hazırda Orta Dəhlizin funksionallığının, onun rəqabət qabiliyyətinin artırılması istiqamətində aparılan işlərdən bəhs edildi.

İki ölkə arasında humanitar, xüsusilə mədəni sahədə əməkdaşlığın yüksək inkişaf dinamikası təqdir edildi.

Oktyabrda Gürcüstan paytaxtında təməli qoyulan Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının Azərbaycan-Gürcüstan mehriban qonşuluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına töhfə verəcəyinə əminlik ifadə olundu.

Eyni zamanda Azərbaycanda yaşayan gürcülərin və Gürcüstanda yaşayan azərbaycanlıların ikitərəfli əlaqələrin inkişafındakı rolu xüsusi vurğulandı.

Görüşdə həmçinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olundu.

Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb Baş nazir Əli Əsədov Gürcüstan parlamentinin sədri ilə görüşüb
Məqalədə: #Əli Əsədov

Mövzu üzrə digər xəbərlər

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

16:20
İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib
Siyasət

İsrail nazirləri Britaniyanın sanksiyalarına cavab verilməsini tələb edib

12:00

Son Xəbərlər

Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
Kanada İsrail yaşayış məntəqələrindən malların idxalını məhdudlaşdıracaq
18:24
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
Böyük Britaniya İsrailin qanunsuz yaşayış məntəqələrinə qarşı yeni addım atıb
18:20
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
Qətər Netanyahuya cavab verdi - İsrail “qarayaxma kampaniyası” aparır
18:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.