10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq

Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir.

17 Sentyabr 2025 23:08
300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq

Bakı. AzerVoice

Sentyabrın 19–21-də keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-in işıqlandırılmasında bu il 300-ə yaxın yerli və xarici media nümayəndəsi iştirak edir.

AzerVoice xəbər verir ki, bu barədə "Baku City Circuit" məlumat yayıb.

Onların sırasında Netflix, Reuters, Agence France-Presse, Sky Sports, Motorsport.com, Associated Press, CANAL+, ESPN Disney Latin kimi nüfuzlu media qurumları da var. Bu, Bakıda keçirilən möhtəşəm yarışın səs-küyünü və həyəcanını üç gün ərzində bütün dünyaya çatdıracaq.

Yarışın promoteri Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən yaradılmış Media Mərkəzi artıq jurnalistlərin ixtiyarındadır. 450 nəfərlik tutuma malik olan bu mərkəz müasir texniki avadanlıqlarla təchiz olunaraq jurnalistlər üçün rahat və funksional iş mühiti yaradır. Burada akkreditasiya xidməti ilə yanaşı, xüsusi iş masaları, canlı yayımlar üçün nəzərdə tutulmuş texniki dəstək, eləcə də mətbuat konfranslarının keçirilməsi üçün tam təchizatlı zal mövcuddur. Mərkəz çərşənbə günündən etibarən fəaliyyət göstərərək həm yerli, həm də xarici media nümayəndələrinin operativ şəkildə məlumat əldə etməsini, reportaj hazırlamasını və dünyanın dörd bir yanına çatdırmasını təmin edir. Media Mərkəzi yüksək beynəlxalq standartlara – Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tələblərinə tam uyğun şəkildə təşkil olunub və qlobal miqyasda aparıcı idman tədbirlərinin media infrastrukturuna layiqli nümunə kimi qiymətləndirilir.

İldən ilə Azərbaycan Qran Prisi qlobal səviyyədə çox maraqla izlənilir. Təkcə 2024-cü ildə 86 milyon tamaşaçı canlı yayım vasitəsilə yarışı izləyib, ümumilikdə isə 3,9 milyarddan çox insan müxtəlif platformalarda Bakı Qran Prisinə maraq göstərib.
Bakı trekinin həyəcanlı ab-havası, gərgin idman mübarizəsi və beynəlxalq medianın geniş iştirakı ilə 2025-ci ilin Azərbaycan Qran Prisinin də dünya səviyyəsində böyük rezonans doğuracağı gözlənilir.

300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq 300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq 300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq 300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq 300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq 300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq 300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq 300-ə yaxın media Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025-i işıqlandıracaq
Məqalədə: #Formula 1 #Baku City Circuit

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

9 Sentyabr 10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

9 Sentyabr 08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

9 Sentyabr 00:22

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.