6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

İsrailin 153 fələstinlini Qəzzadan Cənubi Afrikaya göndərməsi sürgün şübhələrini artırır

İsrailin 153 nəfərdən ibarət fələstinli qrupu Qəzzadan Cənubi Afrikaya göndərməsi ilə bağlı açıqlaması regionda “sürgün” iddialarını və etnik təmizləmə tənqidlərini yenidən gündəmə gətirib.

16 Noyabr 2025 04:00
İsrailin 153 fələstinlini Qəzzadan Cənubi Afrikaya göndərməsi sürgün şübhələrini artırır

BAKI,AzerVoice, Orxan Qədirzadə

İsrailin 153 nəfərdən ibarət fələstinli qrupu Qəzzadan Cənubi Afrikaya göndərməsi ilə bağlı açıqlaması regionda “sürgün” iddialarını və etnik təmizləmə tənqidlərini yenidən gündəmə gətirib.

AzerVoice-un məlumatına görə, İsrail ordusuna bağlı İşğal Altındakı Fələstin Torpaqlarındakı Hökumət Aktivliklərini Koordinasiya Qurumu (COGAT) yerli mediaya açıqlamasında Qəzza zolağında yaşayan 153 fələstinlinin İsrail tərəfindən Cənubi Afrikaya göndərildiyini təsdiqləyib. Bununla belə, əməliyyatın həyata keçirilmə mexanizmi və sənədləşdirmə qaydaları ilə bağlı qeyri-müəyyənliklər ciddi suallar yaradıb.

Məlumata əsasən, İsrail tərəfi fələstinlilərin göndərildiyi üçüncü ölkə barədə açıqlama verməyib və onların pasportlarına İsraildən çıxış möhürü vurulmayıb. Bu səbəbdən 153 nəfərlik qrup Yohannesburqa çatan kimi təxminən 12 saat ərzində giriş nəzarətində gözləməli olub.

Hələlik İsrail Baş Nazirliyinin və Xarici İşlər Nazirliyinin hadisəyə dair rəsmi mövqeyi açıqlanmayıb. Bu susqunluq, iki ildir Qəzzaya qarşı davam edən hərbi əməliyyatlar fonunda “Filistinliləri başqa ölkələrə çıxarma yolu ilə etnik təmizləmə həyata keçirilməsi” ilə bağlı beynəlxalq tənqidlərin artmasına səbəb olub.

“Haaretz” qəzetinin məlumatına görə, fələstinlilər Kərəm Əbu Salim keçid məntəqəsindən İsrailə daxil edilib və oradan avtobuslarla Eylat şəhərindəki Ramon hava limanına daşınıb. Qrup daha sonra Kenya paytaxtı Nayrobiyə, ordan isə Yohannesburqa uçub.

İsrailli hərbi rəsmilər “Əl-Məcd” adlı təşkilatın həmin şəxsləri sərhəd-keçid məntəqəsinə gətirdiyini, İsrail ordusunun isə yalnız Ramon hava limanına qədər müşayiət etdiyini bildirir. Cənubi Afrikadakı bir sıra QHT-lər isə bu qurumun İsrail strukturları ilə əlaqəli olduğunu və Qəzzadan sistemli şəkildə insan çıxarılması prosesində rol oynadığını iddia edir.

Yohannesburq hava limanında pasportlarında çıxış möhürü olmadığı üçün gözlədilən fələstinlilər dünən Cənubi Afrika Respublikası tərəfindən ölkəyə buraxılıb. Cənubi Afrikanın humanitar təşkilatı “Gift of the Givers”in müvəqqəti sığınacaq təmin edəcəyini bildirməsindən sonra 13 saatlıq gözləmə başa çatıb və qrup müvəqqəti mühacir statusu ilə ölkəyə qəbul edilib.

Hadisə beynəlxalq ictimaiyyətin diqqətini yenidən Qəzzadakı humanitar vəziyyətə və mülki əhalinin məcburi köçürülməsi iddialarına yönəldib.

Məqalədə: #Cənubi Afrika Respublikası #İsrailə qarşı etirazlar #İsrail və Qəzza münaqişəsi #İsrail Qəzza işğalı #İsrail Qəzza münaqişəsi #Qəzzalıların sürgün edilməsi planı #Kenya #Nayrobi #Yohannesburq #Ramon hava limanı #Eylat şəhəri #Gift of the Givers

Mövzu üzrə digər xəbərlər

İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?
İraq

İraq alıcılıq qabiliyyəti üzrə dünya reytinqində neçənci yerdədir?

1 Sentyabr 12:25
Tarixdə bu gün – 9 Avqust
Tarixdə bu gün

Tarixdə bu gün – 9 Avqust

9 Avqust 00:01
Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Cənubi Afrikada keçirilən Milli və Regional Parlament Sədrlərinin Konfransında iştirak edib.

31 İyul 20:23
Netanyahu ABŞ-də artan İsrail əleyhdarlığına görə Pakistanı günahlandırıb
Yaxın Şərq

Netanyahu ABŞ-də artan İsrail əleyhdarlığına görə Pakistanı günahlandırıb

12 May 16:41

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.