14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Netanyahu ABŞ-də artan İsrail əleyhdarlığına görə Pakistanı günahlandırıb

ABŞ mərkəzli araşdırma şirkətlərinin hazırladığı son hesabatlarda 1979-cu ildən bu yana yəhudi əleyhdarlığının ən yüksək səviyyəyə çatdığı bildirilib. Hesabatlarda xüsusilə sosial mediada həm yəhudi, həm də İsrail əleyhinə ritorikanın daha geniş yayılmağa başladığı qeyd olunub.

12 May 2026 16:41
Netanyahu ABŞ-də artan İsrail əleyhdarlığına görə Pakistanı günahlandırıb

BAKI,VOA Orxan Qədirzadə

ABŞ mərkəzli araşdırma şirkətlərinin hazırladığı son hesabatlarda 1979-cu ildən bu yana yəhudi əleyhdarlığının ən yüksək səviyyəyə çatdığı bildirilib. Hesabatlarda xüsusilə sosial mediada həm yəhudi, həm də İsrail əleyhinə ritorikanın daha geniş yayılmağa başladığı qeyd olunub.

Anti-Defamation League tərəfindən açıqlanan məlumatlarda yəhudi və İsrail əleyhdarı çağırışların ictimai müzakirələrdə daha görünən hala gəldiyi, sosial şəbəkələrdə isə müəyyən mənada normallaşdığı vurğulanıb.

VOA xəbər verir ki, bu fonda Benyamin Netanyahu ABŞ-də artan İsrail əleyhdarlığına münasibət bildirərək bunun arxasında xarici təsirlərin dayandığını iddia edib. Netanyahu xüsusilə Pakistanı ittiham edərək sosial mediada saxta hesablar və avtomatlaşdırılmış şəbəkələr vasitəsilə ictimai rəyin manipulyasiya edildiyini irəli sürüb.

Onun sözlərinə görə, bəzi ölkələr sosial media platformalarında saxta profillər və “bot şəbəkələri” vasitəsilə ABŞ ictimaiyyətində İsrailə dəstəyin zəiflədilməsi istiqamətində fəaliyyət göstərirlər. Netanyahu bildirib ki, məqsəd ABŞ–İsrail münasibətlərini zəiflətməkdir.

İsrail baş naziri çıxışında belə bir nümunə də səsləndirib: sosial şəbəkələrdə özünü “Texaslı amerikalı” kimi təqdim edən bəzi istifadəçilərin İsrailə dəstəkdən imtina etdiklərini yazdıqlarını, lakin həmin hesabların izlənməsi zamanı onların Pakistan mənşəli olduğu iddiasını irəli sürüb.

Son aylarda İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar və bölgədə artan gərginlik səbəbindən dünyanın müxtəlif ölkələrində İsrail əleyhinə etiraz aksiyaları genişlənib. Beynəlxalq insan haqları təşkilatları və bir sıra dövlətlər Qəzzadakı humanitar vəziyyətlə bağlı ciddi narahatlıqlar ifadə edirlər.

Eyni zamanda Şərqi Aralıq dənizi bölgəsində İsrailin Yunanıstan və Kiprin yunan icması ilə əməkdaşlığı da regional siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Məqalədə: #Benyamin Netanyahu #İsrailə qarşı etirazlar #İsrail siyasəti #Qəzza böhranı #Şərqi Aralıq dənizi siyasəti #sosial media manipulyasiyası #ABŞ-də İsrail əleyhdarlığı #yəhudi əleyhdarlığı #Anti-Defamation League #Pakistan ittihamı #ABŞ–İsrail münasibətləri #bot şəbəkələri #ictimai rəy manipulyasiyası

Mövzu üzrə digər xəbərlər

Əbdülfəttah əs-Sisi İranı ərəb ölkələrinə hücumları dayandırmağa çağırıb
Yaxın Şərq

Əbdülfəttah əs-Sisi İranı ərəb ölkələrinə hücumları dayandırmağa çağırıb

12:03
İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb
İran

İraq İranla üç sərhəd-keçid məntəqəsini yenidən açıb

11:38
Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb
İraq

İraq “Şevron”la Qərbi Qurna-2 yatağına dair müqavilə imzalayıb

11:20

Son Xəbərlər

İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
İordaniya və Fələstin əmək bazarında əməkdaşlığı genişləndirir
11:17
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.