9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

Türkiyənin silahlı insansız hava aparatları (SİHA) Afrika qitəsində geniş şəkildə yayılaraq regionun təhlükəsizlik və hərbi əməliyyatlarında mühüm rol oynamağa başlayıb. Hazırda Afrikanın ən azı 16 ölkəsində türk istehsalı SİHA-lar aktiv şəkildə istifadə edilir.

23 Noyabr 2025 03:00
Bayraktar TB2 Türkiyənin Afrikadakı siyasi nüfuzunu artırır

Bakı,AzerVoice, Orxan Qədirzadə

Türkiyənin silahlı insansız hava aparatları (SİHA) Afrika qitəsində geniş şəkildə yayılaraq regionun təhlükəsizlik və hərbi əməliyyatlarında mühüm rol oynamağa başlayıb. Hazırda Afrikanın ən azı 16 ölkəsində türk istehsalı SİHA-lar aktiv şəkildə istifadə edilir.

Son illərdə Türkiyə ABŞ və Çin kimi böyük rəqibləri geridə qoyaraq SİHA bazarında qlobal liderliyini möhkəmləndirib. Afrika ölkələri ilə qurulan hərbi-texniki əməkdaşlıq, xüsusilə terrorla mübarizə və sərhəd təhlükəsizliyi sahəsində ciddi təsir göstərir.

Mali, Fas, Efiopiya, Nigeriya, Liviya, Burkina Faso, Togo, Niger, Cibuti, Somali, Ruanda, Kenya, Angola, Tunis, Çad və digər ölkələrdə Bayraktar TB2, ANKA və Aksungur modelləri əməliyyatlara cəlb olunur.

Məlumata görə, Afrika orduları əsasən Baykar tərəfindən istehsal olunan Bayraktar TB2-lərə üstünlük verir, TUSAŞ tərəfindən hazırlanan ANKA və Aksungur SİHA-larının tətbiqi də artır.

Mərkəzi hakimiyyəti zəif olan və silahlı qruplaşmalarla mübarizə aparan bir sıra Afrika dövlətləri türk PUA-larından ayrılıqçı və terrorçu qruplara qarşı əməliyyatlarda birbaşa taktiki vasitə kimi istifadə edir. Analitiklərə görə, ölkələrin bu sistemləri seçməsinin əsas səbəbi kəşfiyyat, müşahidə və yüksək dəqiqlikli zərbə imkanlarıdır.

Türkiyənin SİHA ixracatı region ölkələri ilə siyasi və hərbi əməkdaşlığın güclənməsinə, eyni zamanda, Ankaranın Afrika siyasətində nüfuzunun artmasına səbəb olur.

Məqalədə: #Niger #Nigeriya #Mali #AKSUNGUR #Liviya #Somali #Burkina Faso #Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı #Tunis #Ruanda #Çad #Efiopiya #Cibuti #Kenya #Türkiyənin Afrika siyasəti #Fas #Togo #Angola #ANKA #Bayraktar TB2-nin Afrikada terrorla mübarizədə rolu

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi
Fələstin

Ehud Olmert Britaniyanın qərarını dəstəklədi - Məskunlaşmalarla ticarətə qoyulan qadağa qaçılmaz idi

10:14
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qətər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər

00:22

Son Xəbərlər

Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
Norveç Qaçqınlar Şurası İsrailin Livana hücumlarını dayandırmağa çağırıb
18:35
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
ABŞ İrana qarşı müharibəni həm hərbi, həm də iqtisadi tədbirlərlə davam etdirəcək
18:29
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
İran həm danışıqlara, həm də cavab zərbələrinə hazır olduğunu açıqlayıb
18:25
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
İraq sularında 2 milyon barel neft daşıyan tanker hücuma məruz qalıb
18:20
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı İranın İordaniyaya hücumlarını pisləyib
18:15
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.