12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər
Baş xəbər

Türkiyənin tibb sahəsində dünyada bənzəri olmayan bir xəzinəsi var - Selçuk Bayraktar

Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar Türkiyənin sahib olduğu e-Nabız tibbi məlumat bazasının “dünyada analoqu olmayan strateji xəzinə” olduğunu bildirib. O, süni intellekt dövründə “sağlıqda tam müstəqillik” üçün yeni yol xəritəsinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

26 Noyabr 2025 04:00
Türkiyənin tibb sahəsində dünyada bənzəri olmayan bir xəzinəsi var - Selçuk Bayraktar

BAKI, AzerVoice,Orxan Qədirzadə

Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Selçuk Bayraktar Türkiyənin sahib olduğu e-Nabız tibbi məlumat bazasının “dünyada analoqu olmayan strateji xəzinə” olduğunu bildirib. O, süni intellekt dövründə “sağlıqda tam müstəqillik” üçün yeni yol xəritəsinin müəyyən edilməsinin vacibliyini vurğulayıb.

AzerVoice xəbər verir ki, Bayraktar bu fikirləri İstanbulda keçirilən 11-ci Türk Tibb Dünyası Qurultayı çərçivəsində təşkil olunan “Sağlıqda Tam Müstəqillik: Milli Texnologiya Hərəkatının Yeni Yol Xəritəsi” panelində səsləndirib.

Bayraktar pandemiyanın qlobal tədarük zəncirlərinin nə qədər zəif olduğunu göstərdiyini, hətta inkişaf etmiş ölkələrin belə sadə tibbi avadanlıqların istehsalında çətinlik çəkdiyini qeyd edib. O bildirib ki, yerli şirkətlərin birgə səyləri nəticəsində Türkiyə çox qısa müddətdə respirator cihazlarını seriya istehsalına hazır vəziyyətə gətirib və 30-dan çox ölkəyə ixrac edib.

Bayraktar Türkiyənin ən böyük imkanının milyonlarla insanın illərdir toplanan tibbi məlumat bazası olduğunu söyləyib.

“Əlimizdə işlənməmiş nəhəng bir xəzinə var — e-Nabız məlumatları. Bu, dünyada bənzəri olmayan məlumat toplusudur. Ancaq bu məlumat işlənmədikcə real fayda vermir.”- Bayraktar deyib.

O, bu məlumatların tam məxfilik və qanunvericiliyə uyğun şəkildə anonimləşdirilərək tədqiqatçılara və inkişaf etdiricilərə açılmasının vacibliyini vurğulayıb. Bunun üçün universitet və xəstəxanalar çərçivəsində “Sağlıq Teknoparkları” yaradılmasını təklif edib.

Bayraktar müdafiə sənayesində əldə edilən uğurun əsas səbəbinin mühəndislərin sahədə əsgərlərlə birgə çalışması olduğunu deyib və bunun səhiyyə sektoruna da tətbiq edilməsinin vacibliyini bildirib:

“Texnologiyanı inkişaf etdirənlər həkimlərlə çiyin-çiyinə çalışmalıdır — klinikada, əməliyyatxanada. Ancaq o zaman tibb və mühəndislik real şəkildə birləşə bilər.”- o, deyib

Bayraktar vurğulayıb ki, yaşlanan əhali və artan xəstə yükü səbəbindən həkimlər xəstələrinə kifayət qədər vaxt ayıra bilmir və bu problemi aradan qaldırmağın ən real yolu süni intellektdən istifadə etməkdir.

Onun sözlərinə görə, süni intellekt köməkçiləri, qərar dəstək sistemləri, fərdiləşdirilmiş dərmanların hazırlanması, genetik araşdırmaların aparılması və molekulların sintezi kimi sahələrdə tətbiq olunacaq yeni texnologiyalar həm həkimlərin işini yüngülləşdirəcək, həm də tibbi xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Bayraktar gəncləri səhiyyədə süni intellekt sahəsinə yönəlməyə çağırıb.

Bayraktar e-Nabız sisteminin inkişaf etmiş ölkələrdən daha irəli səviyyədə olduğunu qeyd edib və məlumatların qorunması şərtilə dünya üzrə nüfuzlu universitetlərlə əməkdaşlıq imkanlarının geniş olduğunu bildirib.

O həmçinin Can Sağlığı Vəqfinin MIT tədqiqatçıları ilə birlikdə ağciyər xərçənginin süni intellektlə erkən aşkarlanması üzrə proqram hazırladığını açıqlayıb.

Məqalədə: #Selçuk Bayraktar: e-Nabız tibbi məlumatları dünyada bənzəri olmayan strateji xəzinədir #Bayraktar: Türkiyə süni intellekt əsrində səhiyyədə yeni mərhələyə keçməlidir #Türkiyədə səhiyyə texnologiyalarında yeni istiqamət: Sağlıq Teknoparkları gəlir #Bayraktar: Səhiyyədə süni intellekt tam müstəqilliyin açarıdır #Türkiyənin e-Nabız bazası: Dünyanın ən böyük tibbi məlumat xəzinəsi #Selçuk Bayraktar: e-Nabız — Türkiyənin rəqəmsal səhiyyə sərvəti #Türkiyə səhiyyədə AI strategiyasını yeniləyir #Türkiyənin e-Nabız məlumat bazası: Bayraktardan strateji çağırış #• e-Nabız məlumat bazası #• Türkiyə səhiyyə texnologiyaları #• Selçuk Bayraktar çıxışı #• süni intellekt və tibb inteqrasiyası #• səhiyyədə texnoloji müstəqillik #• Sağlıq Teknoparkları #• tibbi məlumatların anonimləşdirilməsi #• Türkiyənin yerli respirator istehsalı #• tibb və mühəndislik sintezi #• səhiyyədə AI köməkçiləri #• böyük tibbi məlumat toplusu #•MIT Türkiyə əməkdaşlığı #• tibb sahəsində qarşıdakı trendlər

Mövzu üzrə digər xəbərlər

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
Neft və qaz

"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə

11 Sentyabr 23:07
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.