12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail Rəfaha hücumları ilə bölgə sakinlərini köçə məcbur edir - Fələstin XİN​

12 Fevral 2024 17:12
İsrail Rəfaha hücumları ilə bölgə sakinlərini köçə məcbur edir - Fələstin XİN​

Bakı. AzerVoice:

İsrail Rəfaha hücumları ilə bölgə sakinlərini köçə məcbur edir.

AzerVoice-un məlumatına görə, Fələstin Xarici İşlər Nazirliyi açıqlamasında dünən gecə yüz minlərlə fələstinlinin sığındığı Rəfah şəhərinə İsrail ordusunun həyata keçirdiyi hücumlara reaksiya verib.

İsrailin Qəzza zolağı və Rəfahda mülki əhalini hədəf alan hücumları “hava zərbələri ilə əhalini köç etməyə məcbur etmək siyasətinin nümunəsi” kimi qiymətləndirilib.

Bəyanatda “işğal müharibəsinin genişlənməsi və dərinləşməsinin dağıdıcı nəticələri” barədə xəbərdarlıq edilib.

"Yüzlərlə günahsız fələstinli öldürüldü, yüzlərlə fələstinli yaralandı, onlarla insan dağılmış evlərin dağıntıları altında və ya divarların arasında qalıb. İsrail ordusunun gecə saatlarında Rəfah şəhərində həyata keçirdiyi hücumlarda 100-dən çox adam ölüb, yüzlərlə insan yaralanıb. İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 12 mini uşaq, 8 min 190-ı qadın olmaqla 28 min 340 fələstinli həlak olub, 67 min 984 nəfər yaralanıb",- deyə bəyanatda bildirilib.

Qəzzaya hücumu və işğalı nəticəsində on minlərlə fələstinlini qətlə yetirən İsrail, bölgənin şimal və mərkəzi bölgələrində əhalinin əksəriyyətini Misir sərhədindəki Rəfah şəhərində cəmləşdirməyə məcbur edib.

İsrail hücumlar boyu şimaldakılar üçün təhlükəsiz zona elan etdiyi cənub bölgəsini indi qurudan işğal etmək və əhalini oradan zorla çıxarmaq istəyir. Təxminən 1 milyon 400 min dinc sakin Rəfahda sıxışıb. Beynəlxalq ictimaiyyət İsrailə xəbərdarlıq edir ki, Rəfaha hərtərəfli hücum yeni və böyük faciəyə səbəb olacaq.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 28 min 340 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_

İsrail Rəfaha hücumları ilə bölgə sakinlərini köçə məcbur edir - Fələstin XİN​
Məqalədə: #İsrail #Fələstin

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.