6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail illərdir qanunu pozur - Türkiyə XİN

26 Fevral 2024 13:28
İsrail illərdir qanunu pozur - Türkiyə XİN

Bakı. AzerVoice:

İsrail illərdir qanunu pozur.

AzerVoice xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Haaqada Türkiyə XİN adından təqdimatda çıxışı zamanı deyib.

"Qaydalara əsaslanan beynəlxalq sistem dağılma mərhələsindədir. Buna səbəb Fələstin xalqına edilən haqsızlıqdır. Hazırda Beynəlxalq Ədalət Məhkəməsində işə baxılır. 1948-ci il soyqırımının qarşısının alınması və cəzalandırılması çərçivəsində iddia edilən pozuntuların mövcud vəziyyəti Şərqi Qüds də daxil olmaqla Fələstin torpaqlarının işğal altında olduğunun mühüm sübutudur", - deyə o vurğulayıb.

Ə.Yıldız onu da qeyd edib ki, Türkiyə bu məsələ ilə bağlı görülən ehtiyat tədbirləri ilə bağlı məhkəmə qərarının tam icra olunmasını istəyir. 

"Eynilə, BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının qəbul etdiyi bir çox qərarlara baxmayaraq, işğal olunmuş ərazilərdə vəziyyət heç vaxt yaxşılaşmayıb. İsrail qeyri-qanuni birtərəfli hərəkətlərini davam etdiribvə BMT qətnamələrinə məhəl qoymayıb. Qeyri-qanuni məskunlaşma fəaliyyəti genişlənməkdə davam edib və hazırda Şərqi Qüds də daxil olmaqla, Fələstinin işğal olunmuş ərazilərində daimi sülhün bərqərar olmasına ciddi zərbə vurur. Bu yaşayış məntəqələri ilə bağlı İsrail bölgədə tutduğu torpaqların əhali strukturunu dəyişir. Fələstinlilərin evlərini sökür, digər tərəfdən isə İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında yeni məskunlaşan yəhudilər üçün tikinti davam edir", - deyə o əlavə edib.

Türkiyə XİN müavini onu da bildirib ki, İsrail-Fələstin münaqişəsinin ən mühüm elementlərindən biri müqəddəs yerlərin statusunun müəyyən edilməsi və qorunmasıdır.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

X: Lamanasadli01

Xəbərlərimizi “WhatsApp” kanalımızdan oxuyun

Məqalədə: #Qəzza #İsrail #Türkiyə Xarici İşlər Nazirliyi

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.