11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrailin Fələstin torpaqlarını uzun müddət işğal etməsi beynəlxalq ədalətə təhqirdir - Ərəb Liqası

26 Fevral 2024 17:11
İsrailin Fələstin torpaqlarını uzun müddət işğal etməsi beynəlxalq ədalətə təhqirdir - Ərəb Liqası

Bakı. AzerVoice:

Ərəb Liqası Beynəlxalq Ədalət Məhkəməsində İsrailin işğal olunmuş Fələstin ərazilərindəki tətbiqlərinin hüquqi nəticələrinin müzakirə edildiyi dinləmələrdə İsrailin Fələstin ərazilərini uzun müddət işğal etməsinin beynəlxalq ədalətə təhqir olduğunu bildirib.

AzerVoice-un məlumatına görə, dinləmədə çıxış edən Ərəb Liqasının nümayəndəsi Abdel Hakim Al Rifai, İsrailin Fələstin torpaqlarını işğalının, 21-ci əsrdə hələ də davam edən zalım, ekspansionist, aparteid müstəmləkəçi işğalı olduğunu bildirib.

"Uzun sürən bu işğal beynəlxalq ədalətə xəyanətdir. Buna son qoyulmaması Fələstin xalqına qarşı soyqırım kimi bugünkü dəhşətlərə gətirib çıxarıb. İnsanların didərgin salınmasının, torpaqlarının işğalının mənəvi və hüquqi müdafiəsi yoxdur",- deyə Rifai vurğulayıb.

Ərəb Liqası adından da çıxış edən beynəlxalq hüquqşünas Ralph Wilde, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnun öz torpaqlarında zorakılıq və istismar yolu ilə sırf yəhudi xalqı üçün bir milli dövlət qurma səylərinin əngəlləndiyini söylədi. əsrdən artıqdır ki, davam edir.

Qeyd edək ki, 26 yanvar tarixində Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) Cənubi Afrika Respublikasının İsrailə qarşı qaldırdığı “soyqırım” işi üzrə müvəqqəti tədbirlər tələbi ilə bağlı qərarını açıqlayıb. Məhkəmə İsrailin mühakimə olunacağını bildirib və İsraildən bir ay ərzində hesabat təqdim etməyi tələb edib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 12 min 660-ı uşaq, 8 min 570-i qadın olmaqla, 30 min fələstinli həlak olub, 70 min nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Qəzzada 1,9 milyon fələstinli havadan, qurudan və dənizdən edilən hücumlar səbəbilə didərgin düşüb.

İsrailin maneələri səbəbindən bölgəyə kifayət qədər yardım çatdırıla bilmir. Fələstinlilər bir tərəfdən İsrailin hücumları ilə, digər tərəfdən isə hər gün dərinləşən aclıqla mübarizə aparır.

Məqalədə: #Fələstin #Beynəlxalq Ədalət Məhkəməsi #israil

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

10 Sentyabr 20:16

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.