Bakı, AzerVoice


Qətər yüzlərlə israilli məskun tərəfindən Məscidül-Əqsa iqamətgahına basqın edilməsini qətiyyətlə pisləyib və müqəddəs məkanları bu cür təxribatlardan qorumaq üçün təcili tədbirlər görməyə çağırıb.


AzerVoice ArabAZ xəbər veirr ki, Qətər Xarici İşlər Nazirliyi basqını “beynəlxalq hüququn kobud şəkildə pozulması və bütün dünya müsəlmanlarının hisslərinə qarşı təxribat aktı” kimi qiymətləndirib.