11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Nəsrullah Kiprə xəbərdarlıq edib

20 İyun 2024 10:47
Nəsrullah Kiprə xəbərdarlıq edib

Bakı, VOA

Hizbullah lideri Seyid Həsən Nəsrullah Kipr adasını Hizbullahla İsrail arasında total müharibə vəziyyətində hava limanlarını və bazalarını İsrailə açmaması ilə bağlı hədələyib.

VOA xəbər verir ki, bu barədə Nəsrullah öldürülən Hizbullah komandiri Taleb Abdallahın xatirəsini anmaq üçün televiziyada etdiyi çıxışı zamanı danışıb. "Livanı hədəf almaq üçün düşmən olan İsrailə Kipr öz hava limanlarını və bazalarını açarsa o zaman Kipr hökuməti də müharibənin bir hissəsi olacaq və müqavimət onunla da savaşacaqdır" - deyə o bildirib.

Qeyd edək ki, Kipr həm İsrail, həm də Livanla yaxşı münasibətlərə sahibdir və hər iki ölkənin sahillərinə yaxın yerləşir.

Nəsrullah, həmçinin İsrailin Livana hücum üçün əməliyyat planlarının təsdiqləndiyini elan etməsindən sonra, hərtərəfli müharibə olacağı təqdirdə, İsraildə "heç bir yerin" qrupun silahlarından xilas olmayacağı barədə xəbərdarlıq edib.

“Düşmən yaxşı bilir ki, biz özümüzü ən pis vəziyyətə hazırlamışıq… və heç bir yer… bizim raketlərimizdən xilas olmayacaq”, - Nəsrullah bildirib.

Nəsrullah həmçinin “Bizi Livanla müharibə mövzusunda hədələmək qorxutmur, biz özümüzü ən çətin günlərə hazırlamışıq və düşmən onu nəyin gözlədiyini yaxşı bilir”, - deyə əlavə edib.

İsrailin Suriyadakı zərbələrinin Hizbullahın İrandan silah gətirməsinə mane ola bilmədiyinə diqqət çəkən Nəsrullah çoxlu sayda yeni silahlarının və pilotsuz təyyarələrinin olduğunu və Livanda bəzi növ raketlər istehsal etdiklərini də qeyd edib.

Onu da qeyd edək ki, Nəsrullah İsrailin şimalının və onun strateji Hayfa bölgəsinin Hizbullah pilotsuz təyyarələri tərəfindən çərşənbə günü çəkilmiş kadrlarını da şərh edib.

Məqalədə: #İsrail #İran #Fələstin #Hizbullah #Kipr

Mövzu üzrə digər xəbərlər

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livan

Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb

10 Sentyabr 21:25
Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb
Yəmən

Britaniya və Bəhreyn Yəmənlə bağlı BMT-ni təcili toplantıya çağırıb

10 Sentyabr 20:41
Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib
Yəmən

Yəmən Bab əl-Məndəbdə hərbi dəyişikliklərə qarşı xəbərdarlıq edib

10 Sentyabr 20:34
İran İordaniyadakı ABŞ təyyarələrini vurub
İordaniya

İran İordaniyadakı ABŞ təyyarələrini vurub

10 Sentyabr 20:16

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.