6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Körfəz ölkələri Kəşmir məsələsinin sülh yolu ilə həll olunmasını tələb ediblər

4 May 2025 17:24
Körfəz ölkələri Kəşmir məsələsinin sülh yolu ilə həll olunmasını tələb ediblər

BAKI, AzerVoice

Fars Körfəzi Əməkdaşlıq Şurasına (GCC) üzv dövlətlər Cənubi Asiyadakı gərginlikdən narahat olduqlarını bildiriblər.

AzerVoice-un məlumatına görə, bu barədə GCC Baş katibi Casim əl-Budayvinin yaydığı bəyanatda deyilir.

Bəyanata əsasən, Körfəz ölkələri Pakistan və Hindistan arasında dialoqun və təcili danışıqların bərpasını tələb ediblər. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq Kəşmir məsələsinin sülh yolu ilə həlli üçün beynəlxalq ictimaiyyəti səylərini artırmağa çağırıblar.

Bəyanatda Cammu və Kəşmirdəki Pahalgam şəhərində turistlərə qarşı həyata keçirilən və çoxsaylı günahsız insanın ölümünə və yaralanmasına səbəb olan terror hücumu qəti şəkildə pislənib.

Casim əl-Budayvi vurğulayıb ki, regionda sülh, təhlükəsizlik və sabitliyin qorunması üçün beynəlxalq hüquq və BMT Nizamnaməsinə uyğun şəkildə fikir ayrılıqlarının sülh yolu ilə həll edilməsi vacibdir.

Qeyd edək ki, aprelin 22-də Hindistanın Pahalgam bölgəsində baş verən silahlı hücum nəticəsində 26 mülki şəxs həyatını itirib. Hindistan hökuməti bu hadisənin məsuliyyətini dərhal Pakistanla əlaqəli silahlı qrupların üzərinə qoyub, lakin buna dair konkret sübut təqdim edilməyib. Bundan sonra Hindistan tərəfi sərhəddə hərbi fəallığı artırıb, müşahidə dronları ilə hava nəzarətini genişləndirib və orduya "əməliyyat azadlığı" verildiyini elan edib. Hindistan mediası isə paralel şəkildə Pakistan əleyhinə informasiya yayımına başlayıb.

Məqalədə: #Pakistan #Hindistan #Körfəz Əməkdaşlıq Şurası #Cənubi Asiya #Cammu və Kəşmir #Kəşmir məsələsi #Hindistan Pakistan gərginliyi

Mövzu üzrə digər xəbərlər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43
İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib
İran

İran ABŞ-nin mülki şəxsləri hədəfə almadığı barədə açıqlamasını rədd edib

2 Sentyabr 19:33
Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib
Körfəz Əməkdaşlıq Şurası

Körfəz Əməkdaşlıq Şurası İranın Bəhreyn, Küveyt və İordaniyaya hücumlarını pisləyib

2 Sentyabr 18:23
KƏŞ ölkələrində yeni  dövr  - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir
Ərəb turizmi

KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

2 Sentyabr 11:50

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.