10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İran rejiminin devrilməsi boş bir xəyaldır - İsrailin sabiq Baş naziri

19 İyun 2025 18:34
İran rejiminin devrilməsi boş bir xəyaldır - İsrailin sabiq Baş naziri

BAKI, AzerVoice

ABŞ-ın genişmiqyaslı hərbi dəstəyi ilə İran rejiminin devrilməsi boş bir xəyaldır.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin sabiq baş naziri Ehud Barak "The Times" qəzetinə verdiyi müsahibədə bildirib.

O, İsrail və İran arasında qarşıdurmanın bitməsi üçün dörd mümkün ssenarini təhlil edib. Onun fikrincə, ən real ssenari İranın Fordo nüvə obyektinə hava zərbəsinin endirilməsidir. ABŞ-ın bu obyektə məhdud hava hücumu ilə kifayətlənə biləcəyini deyən Barak qeyd edib ki, bu zərbə İranı nüvə proqramı üzərində yenidən düşünməyə məcbur edə bilər. Lakin bu, proqramı tam dayandırmayacaq, sadəcə onu bir müddətlik gecikdirəcək.

1999–2001-ci illərdə İsrail hökumətinə rəhbərlik etmiş Barak vurğulayıb ki, ABŞ son onilliklərdə apardığı müharibələrdə açıq və qəti qələbələr əldə edə bilməyib. Bu səbəbdən İranla hərtərəfli müharibəyə başlamaq olduqca risklidir. Xüsusilə ABŞ-ın İran sərhədlərinə yaxın hərbi bazalarının raket hücumlarına məruz qalma ehtimalı bu riskləri daha da artırır.

Barak ən təhlükəli ssenari kimi İranın nüvə silahına sahib olmağa çalışmasını göstərib. O hesab edir ki, İran beynəlxalq təzyiqlərə cavab olaraq bu silahı əldə edərək gücünü nümayiş etdirmək istəyəcək.

Bütün tənqidlərinə baxmayaraq, Barak İsrailin hərbi güc tətbiqini dəstəklədiyini bildirib. Onun sözlərinə görə, İsrail əvvəlki illərdə İranın nüvə proqramını gecikdirmək üçün əməliyyatlar həyata keçirsə də, bu gecikmələr İranın əlavə vaxt qazanmasına səbəb olub.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Məqalədə: #İsrail #İran #Ehud Barak #İsrail-İran münaqişəsi #İran və İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
Fələstin

İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı

10:02
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
Livan

İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib

9 Sentyabr 21:44
İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan
Livan

İsrail iyun razılaşmasını 7 700 dəfə pozub - Livan

9 Sentyabr 20:39
Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun
Livan

Təhlükəsizlik boşluğu İsrailə hücumlar üçün bəhanə verir - Cozef Aun

9 Sentyabr 20:23

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.