6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

Körfəz ölkələri ABŞ-dan İsrailə təzyiq göstərməsini tələb edirlər

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr ABŞ-dan İsrailə İran ilə münaqişədə atəşkəsin təmin olunması üçün təzyiq göstərməsini və eyni zamanda, İranla nüvə danışıqlarının bərpasına təşviq etməsini tələb edir.

20 İyun 2025 18:33
Körfəz ölkələri ABŞ-dan İsrailə təzyiq göstərməsini tələb edirlər

BAKI, AzerVoice

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr ABŞ-dan İsrailə İran ilə münaqişədə atəşkəsin təmin olunması üçün təzyiq göstərməsini və eyni zamanda, İranla nüvə danışıqlarının bərpasına təşviq etməsini tələb edir.

AzerVoice xəbər verir ki, bu barədə şuranın baş katibi Casim Məhəmməd əl-Budaivi bildirib.

Onun sözlərinə görə, bölgədə artan gərginlik Körfəz ölkələrinin sabitliyini ciddi şəkildə təhdid edir.

Əl-Budayvi əlavə edib ki, KƏŞ İsrail və İran arasında davam edən münaqişə ilə əlaqəli beynəlxalq tərəflərlə, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT) və ABŞ ilə effektiv şəkildə əməkdaşlıq edir.

O, həmçinin bildirib ki, Şuranın Fövqəladə Halların İdarəolunması Mərkəzi qismən işə salınıb və bu, üzv ölkələrin əlaqəli qurumları ilə birlikdə həyata keçirilən regional cavab planlarının bir hissəsidir. Əl-Budaivi bu addımın ehtiyat tədbiri olaraq atıldığını və hazırkı hazırlıq və cavab planları çərçivəsində reallaşdırıldığını vurğulayıb.

Əl-Budayvi qeyd edib ki, bu günə qədər şuraya üzv ölkələrdə hər hansı qeyri-adi radiasiya səviyyəsi müşahidə olunmayıb. Ətraf mühit və radiasiya ilə bağlı bütün göstəricilər hazırda təhlükəsizlik hədləri daxilində qalır.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Məqalədə: #İsrail #İran #ABŞ #Körfəz Əməkdaşlıq Şurası

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43

Son Xəbərlər

Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.