14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Hadisə
Hadisə

Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub

40-dan çox yaşı olan həmin şəxs cümə axşamı Meyferdəki Berkli meydanında (Berkeley Square) bıçaqlanıb.

6 Sentyabr 2026 07:22
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub

Bu həftə Londonun ən varlı və dəbdəbəli məhəllələrindən birində qarət cəhdi zamanı səudiyyəli turistin bıçaqlanması Körfəz ölkələrindən olan turistlərin Britaniya paytaxtındakı təhlükəsizliyi və səyahətçilərin Avropanın böyük şəhərlərində görməli olduqları ehtiyat tədbirləri barədə yeni müzakirələrə yol açıb.

40-dan çox yaşı olan həmin şəxs cümə axşamı Meyferdəki Berkli meydanında (Berkeley Square) bıçaqlanıb. Metropoliten Polisi və London Təcili Tibbi Yardım briqadaları zərərçəkənə dərhal yerində yardım göstərərək onu xəstəxanaya çatdırıblar. Bildirilir ki, onun aldığı xəsarətlər həyati təhlükə daşımır.

Hadisə yerində 58 yaşlı kişi ağır bədən xəsarəti yetirmə, soyuq silah gəzdirmə və qarətə cəhd şübhəsi ilə həbs olunub.

Metropoliten Polisindən "Arab News"a bildirilib ki, : "Bu, fərdi bir hadisə kimi görünür və hazırda geniş ictimaiyyət üçün davam edən təhlükənin olduğunu göstərən heç bir əsas yoxdur. Bunun icma daxilində narahatlıq yaradacağını başa düşürük. Bıçaqla törədilən cinayətlərə və ağır zorakılığa qarşı mübarizə Metropoliten Polisi üçün prioritet olaraq qalır".

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib Bunu da oxuyun Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

Səudiyyə Ərəbistanının Londondakı səfirliyi Britaniya hakimiyyət orqanları ilə əlaqə saxladığını, zərərçəkənə dəstək göstərdiyini və xəstəxanadan buraxılana qədər onun səhhətini nəzarətdə saxlayacağını bəyan edib.

Səfirlik istintaqın operativ şəkildə tamamlanmasına və təqsirkarların məsuliyyətə cəlb olunmasına çağırıb, eyni zamanda Böyük Britaniyadakı Səudiyyə vətəndaşlarını ehtiyatlı olmağa və ictimai yerlərdə dəyərli əşyaları açıq şəkildə üzərlərində gəzdirməməyə səsləyib.

"Arab News"un məlumatına görə, səfirliyin tezliklə zərərçəkənin adını açıqlayacağı gözlənilir.

Məlumata əsasən, qarət cəhdinə həmin şəxsin bel çantasının içində olan bahalı lüks saat səbəb ola bilərdi; hərçənd ki, saat bayırdan görünməyib və nəticədə heç nə oğurlanmayıb.

KƏŞ ölkələrində yeni  dövr  - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir Bunu da oxuyun KƏŞ ölkələrində yeni dövr - Vahid turist vizası və birgə strategiya bəhrəsini verir

Buna baxmayaraq, baş verən hadisə Londonu çoxdan "öz evi kimi" görən və oranı Avropanın sevimli məkanlarından biri hesab edən Körfəz səyahətçiləri arasında geniş rezonans doğurub.

"Asharq Al-Awsat" qəzetinin turizm redaksiyasının redaktoru Coslin Eliya bildirib ki, statistik baxımdan nadir hallarda baş versə belə, böyük ictimai rezonans doğuran hadisələr qonaqların şəhəri necə qavramasına ciddi təsir göstərə bilər.

"Son bıçaqlanma kimi hadisələr təbii olaraq narahatlıq doğurur və Körfəz qonaqlarının Böyük Britaniyaya səyahət edərkən özlərini nə dərəcədə təhlükəsiz hiss etmələrinə təsir göstərə bilər. Körfəz ölkələri Britaniya üçün olduqca mühüm bir turizm bazarıdır, buna görə də təkrarlanan hadisələr etimadı sarsıda və insanların hara səyahət edəcəkləri, harada qalacaqları və alış-veriş edəcəkləri ilə bağlı qərarlarına təsir edə bilər. Britaniya hakimiyyət orqanlarının bu cür cinayətlərə qarşı qətiyyətlə cavab verməsi, eyni zamanda bunların təcrid olunmuş insidentlər olduğunu və ölkənin Körfəz turistləri üçün qonaqpərvər məkan olaraq qaldığını aydın şəkildə nümayiş etdirməsi vacibdir".-deyə O, "Arab News"a açıqlamasında qeyd edib.

Təkcə Səudiyyə turizmi Britaniya üçün strateji əhəmiyyətli bazardır.

Böyük Britaniya Milli Statistika İdarəsinin Beynəlxalq Sərnişin Sorğusunun məlumatlarına istinad edən "VisitBritain"in hesabatına görə, 2024-cü ildə Krallıqdan Britaniyaya rekord sayda - 344 000 səfər həyata keçirilib. Bu səfərlər zamanı səudiyyəli səyahətçilər təxminən 771 milyon funt sterlinq xərcləyiblər ki, bu da hər səfər üzrə orta hesabla 2 200 funt sterlinqdən çox vəsait deməkdir.

Metropoliten Polisindən əldə olunan rəqəmlər Londonda Səudiyyə və digər Körfəz vətəndaşlarının məruz qaldığı cinayətlərin qismən mənzərəsini ortaya qoyur. Statistikaya görə, cinayət qurbanı kimi qeydə alınan Səudiyyə vətəndaşlarının sayı 2021-ci ildə 35 nəfər idisə, bu rəqəm 2022-ci ildə 65-ə, 2023-cü ildə isə 85-ə yüksəlib - üç il ərzində ümumilikdə 185 hal baş verib. Bu hadisələrdən 97-si oğurluq, 41-i şəxsiyyət əleyhinə zorakılıq, 12-si isə qarət (soyğunçuluq) faktı olub.

Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) altı ölkəsi üzrə həmin üçillik dövrdə ümumilikdə 498 nəfər zərərçəkən kimi qeydə alınıb ki, bunlardan 219-u oğurluq, 137-si isə şəxsiyyət əleyhinə zorakılıq faktları ilə bağlıdır.

Metropoliten Polisi qeyd edir ki, ümumi qeydiyyata alınan zərərçəkənlərin təxminən 92 faizinin ilkin vətəndaşlığı sistemdə qeyd olunmur. Həmçinin bu statistika turistləri daimi sakinlər, tələbələr və digər şəxslərdən ayırmır, buna görə də bir səudiyyəli və ya Körfəz ölkəsi vətəndaşının cinayət qurbanı olma riskini dəqiq hesablamaq üçün kifayət etmir.

Meyferdəki bu hücum şərtlər tamamilə fərqli olsa da, Britaniyada digər bir Səudiyyə vətəndaşının bıçaqlı hücum nəticəsində ölümündən cəmi bir il sonra baş verib.

20 yaşlı Məhəmməd Yusif Əl-Qasim Kembricdə 10 həftəlik ingilis dili kursunda iştirak edərkən, 1 avqust 2025-ci ildə qaldığı yerin qarşısında heç bir səbəb olmadan boyun nahiyəsindən bıçaqlanmışdı.

Onun qatili Ças Korriqan mart ayında qətldə təqsirli bilinib və iyun ayında ən azı 22 il 6 ay həbsdə qalmaq şərti ilə ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Təhlükəsizlik kamerası görüntüləri göstərmişdi ki, spirtli içki və narkotik vasitə qəbul etmiş Korriqan əvvəlcə Əl-Qasimə yaxınlaşıb, sonra uzaqlaşıb, ardınca isə geri qayıdaraq ona mətbəx bıçağı ilə zərbə endirib.

Bu cür hadisələr zorakı cinayətlərlə bağlı narahatlıqları artırsa da, cibgirlik, telefon oğurluğu və digər qarət halları kimi daha çox rast gəlinən faktlar turistlərin Avropa paytaxtları ilə bağlı təəssüratlarını getdikcə daha çox formalaşdırır.

Lakin ümumi mənzərə tək-tək insidentlərin göstərdiyindən daha mürəkkəbdir.

"Berkshire Hathaway Travel Protection" təşkilatının səyahətçilər üçün 2026-cı il ən təhlükəsiz şəhərlər reytinqində ilk beşliyin dörd pilləsini məhz Avropa şəhərləri tutur; ardıcıllıqla bunlar Reykyavik, Kopenhagen, Sürix, Amsterdam və Honoluludur. London ümumi təhlükəsizlik üzrə 13-cü, zorakı cinayətlərdən qorunma dərəcəsinə görə isə xüsusi olaraq 8-ci yerdə qərarlaşıb.

Şirkət xəbərdarlıq edir ki, bu sorğu turistlərin cinayətlə qarşılaşmayacağına zəmanət vermir, sadəcə müəyyən bir zaman kəsiyində mövcud şəraiti və səyahətçilərin təhlükəsizlik hissini ölçür.

Reytinqin digər qütbündə isə "Forbes Advisor"un 60 beynəlxalq şəhər üzrə 2024-cü il araşdırmasına görə, turistlər üçün ən riskli istiqamət Karakas seçilib; sonrakı pillələrdə isə Karaçi, Yanqon, Laqos və Manila qərarlaşıb.

Məqalədə: #ərəb sözləri #London bıçaqlı hücum #ərəb turislər #Meyferdə cinayət #Səudiyyəli turist hücumu #London Metropoliten Polisi #Səudiyyə səfirliyi xəbərdarlığı #Saudi tourist stabbed Mayfair London Berkeley Square

Mövzu üzrə digər xəbərlər

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

13 Sentyabr 07:46
Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq
Ərəb turizmi

Səudiyyə Ərəbistanında əcnəbi turist axını 2030-cu ilə qədər 93 faiz artacaq

10 Sentyabr 08:03
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misir

Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb

6 Sentyabr 13:56
“Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb
Səudiyyə Ərəbistanı

“Sidr” tankerində baş verən insident nəticəsində 2 filippinli dənizçi ölüb

2 Sentyabr 14:27

Son Xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
21:57
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
21:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.