14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ABŞ-ın atəşkəs təklifini qəbul edib

İsrail ABŞ Prezidenti Donald trampın İranla bağlı atəşkəs təklifini qəbul edib.

24 İyun 2025 10:32
İsrail ABŞ-ın atəşkəs təklifini qəbul edib

BAKI, AzerVoice

İsrail ABŞ Prezidenti Donald Trampın İranla bağlı atəşkəs təklifini qəbul edib.

AzerVoice xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bəyanat yayıb.

"İsrail İranda qarşıya qoyduğu məqsədlərə nail olub və ölkə üçün mövcud olan "ikiqat mövcudluq təhdidini" aradan qaldırıb. Bu səbəbdən, İsrail tərəfi ABŞ-ın atəşkəs təklifini qəbul edib. Əməliyyatın məqsədlərinə tam şəkildə nail olunmasından və ABŞ Prezidenti Donald Tramp ilə tam koordinasiya şəraitində, İsrail ikitərəfli atəşkəs təklifini qəbul edib. İsrail atəşkəsin pozulmasına qətiyyətlə cavab verəcək" - deyə, bəyanatda bildirilib. - deyə, bəyanatda bildirilib.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

İyunun 24-də ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında müvəqqəti atəşkəs elan edib.

Trampın sözlərinə görə, əvvəlcə – razılaşmanın qüvvəyə minməsindən 6 saat sonra – İran hücumlarını dayandıracaq, 12-ci saatda isə İsrail. 24 saatdan sonra isə bütün dünya “12 günlük müharibənin” rəsmi olaraq bitməsini qeyd edəcək.

İranın dövlət televiziyası da İsrail və İran arasında atəşkəsin başladığını bildirmişdi.

“Sionist rejimlə atəşkəs İranın işğal altındakı ərazilərə qarşı dörd mərhələdən ibarət zərbələrindən sonra qüvvəyə minib” – deyə, kanal X sosial şəbəkəsində qeyd edib.

Məqalədə: #İsrail #İran #Benyamin Netanyahu #ABŞ #Donald Tramp #atəşkəs #İsrail-İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yaxın Şərq

Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır

18:15
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
Yaxın Şərq

Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir

18:07
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya

İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb

16:49
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniya

İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb

15:54

Son Xəbərlər

Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
Yaxın Şərqdə gərginlik fonunda neft bahalaşmaqda davam edir
18:07
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
Körfəz ölkələri İranın “ikili oyun” oynamasından narahatdır
18:04
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.