14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

AEBA, ABŞ və İsrailə İranın nüvə obyektlərinə hücum etmək üçün şərait yaradıb - Araqçi

İranın xarici işlər naziri Seyid Abbas Araqçi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin son bəyanatlarına sərt reaksiya verib.

27 İyun 2025 20:52
AEBA, ABŞ və İsrailə İranın nüvə obyektlərinə hücum etmək üçün şərait yaradıb - Araqçi

BAKI, AzerVoice

İranın xarici işlər naziri Seyid Abbas Araqçi, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossinin son bəyanatlarına sərt reaksiya verib.

AzerVoice İran KİV-ə istinadən xəbər verir ki, o, İran parlamentinin AEBA ilə əməkdaşlığın dayandırılması barədə qərar verdiyini bildirib. Araqçi bu qərarın, İranın nüvə fəaliyyətlərinin təhlükəsizliyi və müdafiəsi təmin edilənədək qüvvədə qalacağını vurğulayıb.

Araqçi bildirib ki, bu qərar, Qrossinin AEBA-nın keçmişdə bütün məsələləri rəsmi şəkildə bağlamasına baxmayaraq, bu reallığı qəsdən gizlətməsinin nəticəsidir.

"Qrossinin bu "qərəzli" mövqeyi, AEBA İdarə Heyətində İrana qarşı siyasi motivli qətnamənin qəbuluna zəmin yaradıb və nəticə etibarilə İsrail və ABŞ-ın İranın nüvə obyektlərinə qanunsuz hücumlarını asanlaşdırıb" - deyə, Araqçi vurğulayıb.

Nazir həmçinin əlavə edib ki, Qrossi, təşkilatın əsasnaməsinə və nəzarət mexanizmlərinə zidd şəkildə, bu hücumları açıq şəkildə pisləməkdən imtina edib. Araqçi Qrossinin bu davranışlarını peşə etikasına zidd və təəccüblü adlandırıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) #Rafael Qrossi #Seyid Abbas Araqçi

Mövzu üzrə digər xəbərlər

İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya

İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb

22:07
Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb
Suriya

Suriya BAEA ilə 15 illik nüvə dosyesinin bağlandığını açıqlayıb

21:33
İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək
İordaniya

İordaniya 2030-cu ildə xristian dünyası üçün mühüm yubiley keçirəcək

21:26
İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir
İraq

İraq qonşulara qarşı hücum meydanına çevrilməyəcək - Baş Nazir

20:56

Son Xəbərlər

Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
21:57
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
İranla danışıqlara başlayıb-başlamayacağımıza qərar verəcəyəm - Tramp
21:54
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
ABŞ sanksiyaları İranı daxildən çökdürməyə hesablanıb - Məsud Pezeşkian
21:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.