11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İranda din xadimləri Netanyahu və Trampa qarşı fətva elan ediblər

Tehranın müvəqqəti cümə imamı Ayətullah Əhməd Hatəmi və digər din xadimləri ABŞ Prezidenti Trampın İrana və ölkənin Ali Dini lideri Ayətullah Seyid Əli Xameneiyə yönəltdiyi təhdidlərə sərt reaksiya verərək, ona və İsrailin Baş naziri Benyamin Netanyahuya fətva elan ediblər.

4 İyul 2025 19:54
İranda din xadimləri Netanyahu və Trampa qarşı fətva elan ediblər

BAKI, AzerVoice

Tehranın müvəqqəti cümə imamı Ayətullah Əhməd Hatəmi və digər din xadimləri ABŞ Prezidenti Trampın İrana və ölkənin Ali Dini lideri Ayətullah Seyid Əli Xameneiyə yönəltdiyi təhdidlərə sərt reaksiya verərək, ona və İsrailin Baş naziri Benyamin Netanyahuya fətva elan ediblər.

AzerVoice-un məlumatına görə, Hatəmi Trampın təhdidlərini “ABŞ Prezidentinin ən böyük axmaqlığı” kimi qiymətləndirib və İran xalqının heç vaxt təslim olmayacağını bildirib.

Netanyahu və Trampın yer üzündə fitnə-fəsad törətmək, kütləvi qətllər törətmək kimi əməllər işlədiyini deyən Hatəmi, dini hökmlərə görə onların cəzasının edam olduğunu söyləyib.

Digər tərəfdən, İranda tanınmış din xadimləri, verdikləri fətvalarda Tramp və Netanyahunun qanının axıdılmasının zəruri olduğunu bəyan ediblər.

Ayətullah Məkarim Şirazi və Ayətullah Nuri Həmədani də İran liderinə qarşı yönələn təhdidlərin “dinə qarşı açıq müharibə” olduğunu vurğulayaraq, Tramp və Netanyahunun öldürülməsinin vacibliyini vurğulayıblar.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də İran ərazisinə hava zərbələri endiriblər. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, o cümlədən İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Məhəmməd Baqeri, İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) baş komandanı Hüseyn Salami, Xatəm Əl-Ənbiya Qərargahının komandanı Qulaməli Rəşid, 6 nüvə alimi və yüksək vəzifəli şəxslər ölüb. İran BMT Təhlükəsizlik Şurasının hadisə ilə əlaqədar fövqəladə iclas keçirməsini istəyib.

Bu hücumlara cavab olaraq isə İran Ordusu İsrailə qarşı "Doğru vəd III" adlı əməliyyat keçirib. Təl-Əviv, Qüds və digər bölgələrə yüzlərlə ballistik raket buraxılıb.

ABŞ isə münaqişənin gərginləşməsindən doqquz gün sonra – 22 iyun gecəsi İrandakı üç nüvə obyektinə hücum etməklə münaqişəyə qoşulub. 23 iyun axşamı İran ABŞ-ın Qətərdə yerləşən və Yaxın Şərqin ən böyük Amerika bazası olan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının verdiyi məlumata görə, hücum nəticəsində itki və ya ciddi dağıntı qeydə alınmayıb.

İyunun 24-də ABŞ prezidenti Donald Tramp İsrail və İranın tam atəşkəsin qüvvəyə mindiyini bəyan edib. İsrail tərəfi də ABŞ-ın atəşkəs təklifini qəbul etdiyini və qarşıya qoyulan bütün məqsədlərə nail olunduğunu bildirib.

Məqalədə: #İsrail #İran #ABŞ #Ayətulla Seyid Əli Xamenei #fətvalar #İsrail-İran münaqişəsi

Mövzu üzrə digər xəbərlər

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

18:34
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Fələstin

Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb

17:50
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
Yaxın Şərq

İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib

17:39

Son Xəbərlər

Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
Modi Pezeşkianla görüşdə dəniz yollarının təhlükəsizliyini gündəmə gətirib
20:45
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
ABŞ İranla mübarizəni sona çatdıracaq - Pit Heqset
20:41
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
Qətər BMT-də “Milli Baxış 2030” strategiyasından danışıb
20:10
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
20:02
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
20:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.