12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq
Yaxın Şərq

İsrail ordusu Qəzzada mülki şəxsləri hədəf alıb

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hava və quru hücumları nəticəsində azı 48 fələstinli həlak olub, onlarla insan isə yaralanıb.

10 İyul 2025 09:12
İsrail ordusu Qəzzada mülki şəxsləri hədəf alıb

BAKI, AzerVoice

İsrailin Qəzzaya təşkil etdiyi hücumlarda 48 fələstinli həlak olub.

AzerVoice xəbər verir ki, İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hava və quru hücumları nəticəsində azı 48 fələstinli həlak olub, onlarla insan isə yaralanıb.

Hücumlarda uşaqlar və humanitar yardım gözləyən mülki şəxslər də hədəf alınıb.

Şahidlər və səhiyyə mənbələrinin bildirdiyinə görə, Şati Qaçqınlar Düşərgəsində bir ailəyə məxsus ev bombalanıb, ətrafdakı çadır və binalarda da ciddi dağıntılar olub. Hücum nəticəsində 5-i uşaq olmaqla 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

İsrailin Qəzzanın şimalı, Deyr Bəlax, Bureyc və Nusayrat kimi bölgələrə yönəltdiyi hücumlarda mülki yaşayış evləri və qaçqın düşərgələri də hədəf alınıb. Xan Yunisdə və Rəfahın qərbində isə çadırlara və yardım növbəsində gözləyən insanlara atəş açılıb. Nəticədə müxtəlif bölgələrdə azı 48 fələstinli həyatını itirib, 100-ə yaxın insan yaralanıb.

Qeyd edək ki, son günlərdə Qəzza zolağında artan hərbi əməliyyatlar nəticəsində çoxsaylı mülki şəxslərin, o cümlədən qadın və uşaqların həyatını itirməsi beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur. BMT və insan haqları təşkilatları təxirəsalınmaz atəşkəs çağırışlarını bir daha gündəmə gətiriblər.

Məqalədə: #İsrail #Qəzza zolağı #Qəzzada humanitar böhran #Qəzzada ərzaq çatışmazlığı #Qəzzada aclıq və səfalət #İsrail və Qəzza #İsrail və Qəzza münaqişəsi #Qəzzada ərzaq qarşılığında yoxlama #Qəzzada uşaqlara qarşı hərbi cinayətlər

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi

00:15
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Suriya

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı

11 Sentyabr 23:14
İsrail Livanın cənubuna yeni hava zərbələri endirib
Livan

İsrail Livanın cənubuna yeni hava zərbələri endirib

11 Sentyabr 20:00
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəmən

Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir

11 Sentyabr 18:34

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.